header

 Əgər dəvət edən Zeynəb (s.ə) olarsa, şəhidliyə salam

Həzrət Zeynəbin (s.ə) dəvəti ilə hərəmin müdafiəçisi oldu və həmin yolda şəhidliyin şirin şərbətini içdi

Şəhid Mahmud Rza Beyzayi 1981-ci il 9 dekabrda Təbriz şəhərində dünyaya göz açıb. O həm də şəhər daxili qərargahlarda "Bəsic" tələbələrinin müəllimi idi. Bəsic məktəbli və tələbə təlim kurslarını onun müəllimliyi ilə başa vuran uşaqlardan bir çoxunun onunla bağlı maraqlı xatirələri vardır.

 

Şəhid Mahmud Rza Beyzayi Suriyadakı hadisələr və təkfirçi qruplaşmalar tərəfindən Həzrət Zeynəb Kübranın (s.ə) pak ziyarətgahına hörmətsizliyə görə bu pak ziyarətgahı qorumaq üçün sənədli film hazırlayan media qrupu ilə birlikdə Suriyaya getmişdi.

O, 2014-cü il 19 yanvarda Həzrət Muhəmmədin (s.ə.s) səadətli mövludunun ildönümü günü ilə eyni zamanda bir tele-partlayış nəticəsində şəhid oldu.

Hazırda Həzrət Zeynəbin (s.ə) ziyarətgahının bu müdafiəçisinin Kövsər adlı 3 yaşlı bir qızı yadigar qalıb.

Beyzayi baytarlıq üzrə doktoranturanı bitirmiş və Azad İslami Universitetinin elmi heyətinin üzvü idi.

Şəhid Beyzayidən xatirə:

Əgər dəvət edən Zeynəb (s.ə) olarsa, şəhidliyə salam

Dostlarından biri ərəbcə bir cümləni mənə qısa mesaj vasitəsi ilə göndərmişdi və əvvəlində belə yazılmışdı: Bu söz Mahmud Rzadandır. O cümlə bu idi: «اذا کان المنادی زینب (س) فأهلا بالشهادة» (Əgər dəvət edən Zeynəb (s.ə) olarsa, şəhidliyə salam).
Soruşdum: Mahmud Rza bu cümləni harada deyib? Dedi: Tehranda olduğu sonuncu dəfə birlikdə dərsdə olanda. Bu cümləni dərsin əvvəlində lövhədə yazdı. Mən də onu dəftərimdə qeyd etdim. Bu cümlə onun şəhadətindən 28 gün öncə idi.
Mahmud Rzanın siyasi bəsirəti: Bəşşar Əsəd müqavimət göstərir. 
Adətən birlikdə olduğumuz zamanda da, Suriya vəziyyəti barəsində ondan çoxlu sual eşidərdim. Təxminin iki il öncə idi ki, bir dəfə Təbrizə gəlmişdi. Ata evində idik. Söhbətimiz Bəşşar Əsədə çatdı. Mən ondan soruşdum ki, səncə, Bəşşar qalasıdır ya gedəsi? Dedi: Əgər 2014-ə qədər qalsa, ondan sonra da səs toplayacaq. O günün media atmosferində əsla belə cavabı gözləməzdim. Çünki o zamanda hamı belə düşünürdü ki, Bəşşar Əsəd gedəsidir. Dedim: Nə məlumdur ki, 2014-ə qədər qalsın? Dedi: Əgər Suriya ordusu tamamilə məhv olsa da, Bəşşar Əsəd yenə müqavimət göstərəcək. Çox təəccübləndim, amma o bu sözləri əminliklə və heç bir şübhə olmadan söyləyirdi. Mahmud Rzanın bu siyasi bəsirəti ilə xoş onun halına.

Həzrət Zeynəbin (s.ə) dəvəti ilə hərəmin müdafiəçisi oldu və həmin yolda şəhidliyin şirin şərbətini içdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap