header

 Xristian yazıçının "İmam Əli" kitabı niyə birinci satılır?

Xəbər verdiyimiz kimi, “Qanun” nəşriyyatı  iyul ayında ən çox satılan kitablarının adını açıqlayıb.  Açıqlamaya əsasən, ölkəmizdə ayın kitabı Corc Cordaqın “İmam Əli” kitabı olmuşdur. Qeyd edək ki, kitabın tərcüməçisi şərqşünas Famil Burxanoğlu kitabın belə müsbət qarşılanmasının və yüksək sürətlə satılmasının səbəbləri haqda Birlik.az saytına bunları dedi:

  “Xristian yazıçı Corc Cordaqın “İmam Əli” kitabı Həzrət Əli haqda yazılmış digər kitablardan özünəməxsusluğu ilə seçilir. Belə ki müəllif burada İmam Əli şəxsiyyətinə müxtəlif aspektlərdən yanaşmışdır. Onu da qeyd edim ki, o vaxta kimi İmam Əli şəxsiyyətini bu cür təhlil edən olmamışdı. Yazıçı burada İmamı ürfani və fəlsəfi cəhətdən yox, daha çox real, tarixi faktlar əsasında tanıtmışdır. Misal üçün müəllif İmamın düşmənləri ilə rəftarına xüsusi toxunur. Kitabda İmam Əlidən nəql edilən bir hədisdə buyurulur:

 “Düşmən sizə hücum etmədən siz ona hücum edin. And olsun Allaha, öz torpaqlarında hücuma məruz qalmış bütün xalqlar zəlalətə uğramışdır”.

  Həmçinin onu qeyd edim ki, böyük İslam alimi Ayətullah Brucerdi bu kitab haqda müsbət fikir bildirmiş, onu unikal kitab adlandırmışdır”.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap