header

 Tasua Axşamı Ləkənaran İmam Hüseyn (ə) Məscidində möhtəşəm qeyd edilib – Foto

Lənkəranda keçirilən mərasimlərdə İslam Alimləri çıxışlar edərək Aşura hadisəsinin həqiqətlərini dinləyicilərə çatdırırlar.

 bütün dünyada olduğu kimi Məhərrəm və Səfər ayları ilə bağlı əzadarlıq tədbirləri Əhli Beyt (əleyhimus səlam) diyarı olan Azərbaycanda da möhtəşəm qeyd edilir.

Əldə etdiyimiz məlumata görə, Məhərrəm ayı daxil olan gündən başlayaraq hər gecə Lənkəran şəhərində Hüseyn (əleyhi səlam) aşiqləri Şam və Xoftən namazlarını qıldıqdan sonra Məscid və Təkyələrdə keçirilən İmam Hüseynin (əleyhi səlam) matəm əzasına yığır daha sonra isə, xiyabanlarda yürüşlər edirlər.

Habelə Lənkəran şəhər və rayonun əksər Məscid və Təkyələrində ali savadlı İslam Alimləri çıxışlar edərək Aşura hadisəsinin həqiqətlərini dinləyicilərə çatdırırlar.

Bildirilir ki, Dinin, İslamın, Təqva və Vətənə məhəbbətin önəmliyindən söz açan İslam Alimləri düşmənlərin işğal altında olan bütün Müsəlman torpaqlarının azad olunması üçün dualar edib, Qarabağ, Qanlı 19 Yanvar Şəhidlərinin Kərbəla Şəhidləri ilə məşhur olmasını diləyirlər.

Sosial şəbəkələrdən əldə etdiyimiz və sizə təqdim edəcəyimiz aşağıdakı fotolar ötən gecə Lənkəran şəhərinin İmam Hüseyn (əleyhi səlam) Məscidində keçirilən “Tasua Axşamı” mərasiminə aiddir.

Mərasimdə Höccətül İslam Hacı Valeh çıxış edib. Daha sonra Əhli Beyt Məddahları olan Kərbəlayı Vüsal və Talıb rozə və mərsiyələr deyərək Məsumların qəmi ilə şərik olublar.

Lənkəranda keçirilən mərasimlərdə İslam Alimləri çıxışlar edərək Aşura hadisəsinin həqiqətlərini dinləyicilərə çatdırırlar.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap