Azərbaycan vəhhabi terrorçuları Suriyada
Posted on : qafqaz 10/16/2017 12:59:32 PM
“İŞİD” Azərbaycan, Çeçenistan və s. ölkələrdən gətizdirdiyi çoxlu sayda peşəkar snayperçilərlə Kobanidə döyüşür
Türkiyə üzərindən Suriyaya keçən qondarma “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı yaraqlılar bir aydan çoxdur qanlı döyüşlərin getdiyi Eynul Ərəb (Kobani) şəhərinə nəzarəti ələ keçirmək üçün hücumları şiddətləndirib.
Belə ki, bir başa Türkiyə MİT-i tərəfindən beynəlxalq sionist qüvvələrin dəstəki ilə yaradılmış qondarma “İŞİD” yaraqlıları Türkiyə ilə sərhəddəki Murşitpınar sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirməklə Kobanini tam mühasirəyə almaq üçün hücumları bu nöqtəyə yönəldib.
Bunun üçün Allahsız “İŞİD” terrorçuları Azərbaycan, Çeçenistan və Özbəkistandan çoxlu sayda peşəkar snayperçilər gətizdirərək, onların köməyi ilə Kobani şəhərini müdafiə edən döyüşçülərin mövqelərini müntəzəm atəş altında saxlayır.
Lakin bütün bunlarla belə, Eynul Ərəb şəhərinin müdafiəçiləri yaraqlılara ağır zərbələr endirərək, terrorçulara çoxlu sayda itkilər verb. Belə ki, ötən gün Kobanidə ilk dəfə qondarma “İŞİD” adlı terrorçu qruplaşmanın mövqelərinə reaktiv artilleriya sistemlərindən atəş açılıb, azı 15 terrorçunun öldüyü xəbər verilir. Onların arasında qondarma İŞİD-in Səudiyyə Ərəbistanından olan yüksək rütbəli komandiri də var.