header

 Gürcüstanda izdihamlı tasua yürüşü keçirilib-foto

Bu gün Gürcüstanın Marneuli şəhərində Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi, İmam Əli (ə) adına xeyriyyə fondu, Marneuli imam Əli (ə) məscidi və Əhli-beyt cəmiyyətinin təşkilatçılığı ilə tasua yürüşü keçirilib.

Əzadarlar qarşısında çıxış edən axund Hacı Hacıyev bildirib ki, biz Gürcüstan müsəlmanları ölkəmizin Samtsxe-Cavaxetiya bölgəsində məscid binasını kitabxanaya çevirmə cəhdlərini, hər hansı bir qüvvə tərəfindən baş verməsindən asılı olmayaraq, kəskin şəkildə qınayırıq və bu məsələ ilə əlaqədar yaranmış insidentdə tutulan müsəlman qardaşlarımızla öz həmrəyliyimizi bildiririk.

O söhbətinin davamında Ərəbistan dövlətinin Ayətullah Şeyx Baqir Nimrə qarşı haqsız edam qərarını kəskin şəkldə qınayaraq, bütün Gürcüstan müsəlmanları tərəfindən şeyx nimrin tezliklə azadlığa buraxılmaını Ərəbistan hökümətindən tələb etdi. O Səudoyyə Ərəbistanını Səddam Hüseyinin böyük şiə alimi Məhəmməd Baqir Sədri öldürdükdən sonra düçar olduğu aqibətə eləcə də Müəmmər Qəddafinin İmam Musa Sədri oğurlatdıqdan sonra başına gələnlərə baxaraq, onlardan dərs almağa çağırdı.

 Hacı Hacıyev söhbətinin həmçinin İŞİD-in İraq və Suriya torpaqlarında islam və müsəlmançılıq adına nahaq yerə günahsız qanlar tökməsinə toxunub və vurğuladı ki, onlar hansısa siyasi qüvvələrin sifarişini yerinə yetirən azmış qüvvələrdir və gördükləri işlərin islama və müsəlmançılığa heç bir aidiyyəti yoxdur. Gürcüstan müsəlmanları onların insanlıqdan uzaq əməllərini kəskin şəkildə pisləyir və insanları dinindən və irqindən asılı olmayaraq sülhə və ədalətli olmağa çağırırıq.

Bu gün Gürcüstanın Marneuli şəhərində Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi, İmam Əli (ə) adına xeyriyyə fondu, Marneuli imam Əli (ə) məscidi və Əhli-beyt cəmiyyətinin təşkilatçılığı ilə tasua yürüşü keçirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap