Sumqayıtda Mason abidəsi ucaldıldı
Posted on : qafqaz 10/16/2017 12:59:30 PM
Obelisk kabalistlərin "şeytan simvol"larından biri, şeytanpərəstlər arasında isə "ər tanrı" mənasındadır və massonluq əqidəsinin əsas simvollardan sayılır
Bir neçə ay bundan öncə mediada Sumqayıtın Şəhidlər Xiyabanın yanında yerləşən və şəhidlərin xatirəsinə ucaldılan məşhur “Ulduz” abidəsinin sökülməsi barədə məlumat vermişdik. AzadXeber.net-in verdiyi məlumata görə, abidənin dağıdılmasında əsas məqsəd Şəhidlər Xiyabanında kompleks şəkildə yenidən qurma işlərinin aparılması idi. Artıq təmir işləri sona çatmaqdadır. Təmir işləri ilə bağlı daha çox diqqətimizi çəkən isə dağıdılan “Ulduz” abidəsinin yerində bütün dünyada massonların simvolu kimi qəbul edilən “Obelisk” abidəsinin ucaldılması oldu.
Bəs OBELİSK abidəsi nədir?
Son əsrlər ərzində dünyanın müxtəlif ölkələrində masonların qüdrət əldə etməsi ilə, ötən 3 əsirdə dünyanın müxtəlif məntəqələrində yüzlərlə obelisk inşa edilib
“Obelisk” kabalistlərin "şeytan simvol"larından biri, şeytanpərəstlər arasında isə "ər tanrı" mənasındadır və massonluq əqidəsinin əsas simvollardan sayılır. Bu simvolun müqəddəsliyi massonlar arasında həddindən artıqdır. Təkcə İslam dinində bu simvola hücum olmuşdur. Belə ki, bu simvol Məkkədə yerləşən "rəmy cəmərat"da var idi və şeytanın simvolu sayılırdı. Müsəlmanlar həcc əməli zamanı ona tərəf daş atırdılar. Amma Ərəbistanın yəhudi hökumətinin hiyləsi ilə “Obelisk” oradan başqa yerə köçürüldü və onun yerinə bir divar hörüldü.
Hazırda tarixin ən böyük obeliski olan modern dövrün ən məşhur obelisklərindən biri Amerikanın birinci prezidenti və mason lojalarının yüksək səviyyəli üzvlərindən olan Corc Vaşinqtonun xatirəsinə həsr olunmuş obeliskdir ki, 19-cu əsirdə Amerikada inşa edilib.
Sözügedən abidəyə dünyanın bir çox ölkələrində rast gəlmək mümkündür.