KƏRBƏLADAN AZƏRBAYCAN RESPUBLİKASINA KİMİ LƏBBEYk YA HÜSEYN
Posted on : Təhlil 10/16/2017 12:59:32 PM
Bu gün Hüseyn həyəcanı bir daha bir əsinti kimi könülləri oxşayır, ürəkləri çırpıntiya salır.
Kərbəlada Hüseyn həyəcanı
Bu gün Hüseyn həyəcanı bir
daha bir əsinti kimi könülləri oxşayır, ürəkləri çırpıntiya salır. Möhtəşəm
Kaşaninin dililə desək dünyada insi-cinni heyrətdə qoyan həyəcan yaratmışdır.
Bu güb 1400-dən sonra Kərbəlanın
hər yerində aşiqlərin həyəcanı və Hüseyn matəmi görünür. Bu, ona görədir ki, hələ
də Kərbübəla həvəsində oldauqlarını hamı bilsin.
Kərbəla hələ də ziyarətçi qəbul
edir ki, onlar xüsusilə, iki Hərəmi-Şərif ətrafında Hüseyn hərəkatı ilə əlaqədar
mərasimləri yerinə yetirsinlər.
Sayı milyona çıxan ziyarətçilər
və Əhli-Beyti- İsmət və Təharət əleyhimüsəlamın vurğunları müqəddəs Kərbəla şəhərinə
axır. Ziyarətçilərə xidmət verən heyət və təkyələr öz fəaliyyətlərini davam
etdirirlər.
1500-dən artıq xidmət heyətləri
şəhərin bütün nöqtələrində fəaliyyət göstərir. Vəhabilərin hədə-qorxularına və
İraq ölkəsinin gərgin və əlverişsiz şəraitinə baxmayaraq sayı milyona çatan şiələrin
Kərbəlada olması xüsusi əhəmiyyət kəsb edir və isalam və əhlibeyt düşmənlərinə
özəl mesaj sayılır.
Imam naibinin təşkil etdiyi
matəm mərasimində iştirak
Tehranda Imam Xumeyni (rə)-in
hüseyniyyəsi imam Xamneyi ilə birlikdə Hüseyn əzasında sinələrini çak edən əzadarları
qəbul edir. Əlbəttə bu əzadarlıq şeirinin baş beyti gənclərin iştirakıdır ki, matəm heyətləri şəklində
rəhbərimizin mövlasının qəmində biz də şərikik- deyə hüseyniyyəyə getmələridir.
Bu mərasimdə müxtəlif
çıxışlardan əlavə növhəxanlar Əhli-Beytin müsibətlərini bəyan edirlər.
Ərdəbil böyük Aşura
yığıncağına hazırdır/ şiəlik paytaxtında hüseynçilik şüuru
Ərdəbilin hüseynçi əhalisi də
İran İslam Respublikasının digər şəhərlərinin əhalisi kimi Tasua və Aşura günlərinin
böyük matəm mərasimi yığıncağına hazırlaşırlar. Onlar bu yığıncaqlarda heyhatün
minnəzzilə, ləbbeyk ya Hüseyn, ləbbeyk ya Əbülfəzl şüarları ilə öz eşq və iradətlərinin
ismət və paklıq nümunəsi olan ailəyə göstərsinlər və Əbaəbdillah Hüseyn (ə)-a
söz versinlər ki, onun yolunu, zülmə qarşı mübarizə yolunu, əmrbəməruf və nəhiəzmükər
yolunu davam etdirəcəklər.
Hüseyn (ə)-ın matəm
yığıncaqları vilayətin mərkəzi Ərdəbil şəhərindən əlavə digər şəhərlərdə də
eyni şəkildə keçiriləcəkdir.
Azərbaycan respublikasının
aşuraçıları bu gün böyük yığıncağa hazır olmuşlar
Dünyanın ikinci şiə ölkəsi
olan Münəccim Yezdinin sözü ilə desək şirvanlılarının şiəliyi ilə şöhrət
qazanan Azərbaycan respublikası da İmam Hüseyn əzadarlığı sahəsində qədim tarixə
malikdir.
Buranın əhalisi ən çətin
komunist dövründə belə Hüseyn (ə) əzadarlığını dayandırmamışlar. Bu il isə
Aşuranın yaxınlaşması ilə Azırbaycan respublikasıda başqa bir ab-hava hökm
sürür. Buranın aşuraçıları Aşura günü böyük bir yığıncaq keçirmək əzmindədirlər.
Azərbaycan respublikasından aldığımız son xəbərlər göstərir ki, əzadarlar Aşura
günü ölkənin müxtəlif yerlərində böyük matəm mərasimi keçirməyə hazırlaşırlar
ki, yığıncaqlarda heyhatün minnəzzilə, ləbbeyk ya Hüseyn, ləbbeyk ya Əbülfəzl
şüarları ilə öz eşq və iradətlərinin Əbaəbdillah Hüseynə göstərsinlər.
Şübhə yoxdur ki, Bakıda və Azərbaycanın digər
şəhərlərində hüseynçi yığıncaqları göstərəcək ki, bu ölkə hüseynçi təfəkkürünə,
azadlıq və hürriyyət təfəkkürünə aiddir və burada qərb amillərinə yer yoxdur.