Hacı Abgülün həyat yoldaşı: Onu bu təzyiqlərlə özlərinə beyət etdirmək istəyirlər
Posted on : qafqaz 10/16/2017 12:59:32 PM
biz İmam Hüseynin (ə) balalarıyıq, zillət bizdən uzaqdır
Xəbər verdiyimiz kimi mübariz ruhani Hacı Abgül Süleymanov "kars"dan çıxdıqdan sonra ikinci dəfə "kars"a salınmasıyla bağlı xəbər yayılıb
İslamazeri.az Hacı Abgül Süleymanovun həyat yoldaşı Zəhra Süleymanovadan bununla bağlı münasibət alıb.
Zəhra Süleymanova deyib ki, bu cür təzyiqlərlə Hacı Abgül Süleymanov öz sözündən, əqidəsindən dönən deyil: "Onu bu təzyiqlərlə özlərinə beyət etdirmək istəyirlər. Hacı həmişə deyərdi biz İmam Hüseynin (ə) balalarıyıq, zillət bizdən uzaqdır."
Zəhra Süleymanova sonra deyib: "Hacıya görə biz ailəsi narahatıq. O keçən dəfə, "kars"da xəstəliyə tutulmuşdu. İndi onun həyatı üçün narahat olmuşuq. Allah Özü bütün İslamçı məhbuslara yardım etsin!"