header

 AİM-in üzvləri növbəti toplantılarını keçirdilər

AİP-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu gün Azərbaycan İslam Partiyası AİM üzvlərinin növbəti şənbə toplantısı keçirilib.

AİP-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu gün Azərbaycan İslam Partiyası AİM üzvlərinin növbəti şənbə toplantısı keçirilib. 
 
Məclis iştirakçıları müzakirə üçün gündəlikdə duran məsələləri nəzərdən keçirdilər. Əsas diqqət AİP sədri Hacı Mövsüm Səmədovun ölkə mətbuatında, bir sıra saytlarda dərc olunan məktubuna yönəldildi. Məktubda haqqında geniş bəhs olunan Məhərrəm ayının mahiyyəti, Aşura məktəbinin tarix və müasir dövrümüz, gələcəyimiz üçün sonsuz dəyəri öz əksini tapmışdır- deyə qeyd olundu.
 
 Bildirildi ki, M. Səmədovun həbsinə səbəb olan 2011-ci il 2 yanvar tarixli çıxışı əslində onun hər bir Azərbaycan vətəndaşına hörmət və izzət göstərməsi məntiqini özündə daşıyır, amma ayrı-ayrı qütblər bunu qərəz kimi qiymətləndirməklə,xalqımıza qarşı xəyanətkar mövqe tuturlar. Onlar hörmətli insanlara qara yaxıb,  təcridlərə məruz qoymağa çalışıblar.
 
 Bu barədə çıxış edən AİM üzvləri qeyd etdilər ki, Hacının məktubunda onun heç zaman heç kimi təhqir etmək fikrində olmadığı, hər bir Azərbaycan vətəndaşına, Azərbaycan ailəsinə hörmətlə yanaşdığı bir daha təsdiq olunur və ayrı-ayrı xarici informasiya mənbələrinin yanlış iddiaları göstərilir. Çıxış edənlər, hacının məktubunda xalqımıza İmam Hüseyn(ə) məktəbindən səmərəli şəkildə bəhrələnməyi, şəhidlərimizin yolunu ləyaqətlə davam etdirərək torpaqlarımızı düşmən tapdağındsan azad etməyi tövsiyə etməsi nəzərə çatdırıldı və yüksək qiymətləndirildi.
 
Müzakirələrdə çıxış edən Ü.Heydərli, E. Manafov, A. Heydərli, N. Kərimov, R.Nuriyev, V.İbayev, E.Orucov, F.Nəbizadə və başqaları Məhərrəm ayının fəzilətlərindən, Kərbəla məktəbinin əhəmiyyətindən danışdılar, həmçinin oktyabrın 27-də Fransanın Yelisey sarayında Azərbaycan və Ermənistan prezidentlərinin çoxtərkibli və təkbətək görüşlərinin təfərrüatları, dünyanın bir sıra siyasi icmalçılarının şərhləri haqqında fikir və mülahizələrini bildirdilər. Onlar bu görüşü Qərbin, Fransanın problemin həlli ilə bağlı prioriteti ələ almaq zəminində fon yaratmaq məqsədi kimi qiymətləndirdilər.
 
AİM üzvləri məhərrəmlik və Aşura barədə F. Mustafayevin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlının çıxışlarına tənqidi yanaşaraq dinimizin silinməz tarixi ilə bağlı ənənəvi məqamlara kölgə salmaq istək və cəhdlərinin yolverilməz olduğunu bəyan etdilər. Çıxış edənlər Məhərrəmliyin yalnız qanvermə ilə məhdudlaşdırmağın əleyhinə olduqlarını, Kərbəla vaqeəsinin tarixi, fəlsəfi, mənəvi mahiyyətini hər bir insana lazımınca çatdırmaq üçün daha geniş kütləvi tədbirlər planının həyata keçirilməsini  zərurət kimi dəyərləndirdilər.
AİP-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu gün Azərbaycan İslam Partiyası AİM üzvlərinin növbəti şənbə toplantısı keçirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap