header

 `Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verilməyəcək`

"Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcəyik. Onların iqtisadi bazasını məhv edəcəyik. İdeoloji bazası ilə mübarizə isə dindarların işidir".

 Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən müşavirədə bildirib.

DQİDK sədri deyib ki, İslam dünyasının içində problemlər yaratmaq istəyən qüvvələr var. İslamın yayılmasını istəməyən qüvvələr müxtəlif vasitələrlə buna mane olmağa çalışıblar: "Harda qan tökülürsə, orada müsəlman görürük. Dünyadakı münaqişələrin 60 faizi müsəlman ölkələrindədir. İslam ölkələrində radikal qruplar, yeni cərəyanlar yaradaraq İslamı içindən dağıtmaq istəyirlər. Onlar həm şiəliyə, həm sünniliyə, bütövlükdə İslama qarşıdırlar".

M.Qurbanlı "İslam Dövləti" terrorçularının əməllərinə də münasibət bildirib və onu yolverilməz adlandırıb: "Bizdə olan məlumatlara və kəşfiyyat məlumatlarına görə, İŞİD deyilən qruplaşmada kənardan gələnlərin içində azərbaycanlılar ən az sayda olanlardır".

Onun fikrincə, Azərbaycanda hamı, o cümlədən din xadimləri bu cür radikallığa qarşı çıxmalıdırlar: "Kimsə qan çıxarmaq istəyirsə, bunu Mübariz İbrahimov kimi etməlidir".

O, qeyd edib ki, ötən əsrin əvvəllərində də Azərbaycanda şiə və sünni məzhəbləri arasında qarşıdurma yaratmağa çalışıblar. Lakin məzhəb liderlərinin müdrikliyi nəticəsində buna yol verilməyib: "Tarixlə savaşmaq lazım deyil. Tarixdən ibrət dərsi götürmək lazımdır. Azərbaycan tarixində bu günədək heç zaman şiələrlə sünnilər arasında qarşıdurma olmayıb".

M.Qurbanlı bildirib ki, Azərbaycanda dini sabitlik yüksək səviyyədədir və ölkədə dinə münasibət qanunlarla tənmzimlənir. /
"Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcəyik. Onların iqtisadi bazasını məhv edəcəyik. İdeoloji bazası ilə mübarizə isə dindarların işidir".
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap