header

 iran lideri : Xalqın parlaq gələcəyi və taleyi naminə elm güclənməli və inkişaf etdirilməlidir

İslam İnqilabının Rəhbəri, Ali Lider Ayətullah Seyid Əli Xamenei çərşənbə günü universitetlər, olimpiyadaların qalibləri , beynəlxalq və daxili festivallardan seçilən istedadlı gənclərlə görüşüb.

İslam  İnqilabının Rəhbəri, Ali Lider Ayətullah Seyid Əli Xamenei çərşənbə günü universitetlər, olimpiyadaların qalibləri , beynəlxalq və daxili festivallardan seçilən istedadlı gənclərlə görüşüb.
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Ayətullah Xamenei görüşdə çıxışı zamanı bildirib ki, İranı gənclər və ziyalıların müdrikliyi ilə idarə etmək lazımdır və təkcə yeraltı ehtiyatlara güvənməklə deyil. “Ölkənin xilası və xalqın parlaq gələcəyi və taleyi elmin güclənməsi və inkişafından asılıdır. Yeraltı ehtiyatlar və neftdən asılı olan  iqtisad, istedadların tanınıb fəaliyyətə cəzb olunmalarına mane olur. Belə olduqda isə ölkə faktiki olaraq həqiqi inkişafdan geri qalır.”
Ayətullah Xamenei universitetlər və elmi tədqiqat mərkəzləri arasında böyük elm istehsalı şəbəkəsinin yaradılmasının vacibliyini vurğulayıb və deyib: Eniş-yoxuşları təcrübə edən ölkənin yeraltı və neft gəlirlərinə arxalanmaqla ölkəni idarə etməsi düzgün deyil.
Ali Lider bütün ziyalıları dərin düşünməyə dəvət edib. “Ziyalılıq, huş və istedad, tədqiqat və çalışqanlıq uğrunda əzmkarlıq və davamlı fəaliyyət üçün hövsələli olmaq xüsusiyyətlərinin birləşməsidir və bu xüsusiyyətlər ilahi nemətlərdirlər. Elm və ziyalılıq nemətlərini Allah yolunda və bəndələrin xeyrinə,  cəmiyyətə, xalqa və ölkəyə xidmətə yönəltmək lazımdır.”/
 
İslam İnqilabının Rəhbəri, Ali Lider Ayətullah Seyid Əli Xamenei çərşənbə günü universitetlər, olimpiyadaların qalibləri , beynəlxalq və daxili festivallardan seçilən istedadlı gənclərlə görüşüb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap