header

 Allahşükür Paşazadədən İŞİD xəbərdarlığı

Azərbaycanda sünnilərlə siələr arasında qarşıdurma yaratmaq istəyən bəzi qüvvələr var. Onlar hələ ki, bunu məscidlərdən başlayırlar

Azərbaycanda sünnilərlə siələr arasında qarşıdurma yaratmaq istəyən bəzi qüvvələr var. Onlar hələ ki, bunu məscidlərdən başlayırlar. Lakin onlara şərait yaradılsa, sonra bütün ölkədə başqa ixtişaşlar yaradarlar. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə bu gün keçirilən QMİ-nin Qazılar Şurasının iclasında bildirib.

A.Paşazadə sünni imamları və şiə axundlarına bu məsələdə ciddi şəkildə ehtiyatlı olmağı, eləcə də keçirilən mərasimlərdə moizələrində diqqətli olmağı tövsiyə edib.

QMİ-nin sədri deyib ki, bu dövləti qorumaq bizim hər birimizin borcumuzdur. 
İmam və axundların camaat arasında Vətəni qorumaq, onu müdafiə etmək üçün təbliğatları mühüm rol oynayır: "Bizim birliyimiz və tolerantlığımız aramızda qarışıqlıq yaratmaq istəyənlərin niyyətini puça çıxaracaq".

A.Paşazadə bölgədə hamını qorxu altında saxlayan və İslam dininin adından istifadə edərək terror əməlləri törədən "İŞİD" probleminə də toxunub: "İŞİD-çılar "Allahu Əkbər!" deyərək insanların başını kəsirlər. Mən anlamıram, "Allahu-Əkbər!" deməklə insanın başını necə kəsmək olar? Bu Qərb dövlətlərinin və onların bölgədəki köməkçilərinin yaratdıqları qüvvələrdir. İŞİD üzvlərinin bütün hərəkətləri İslama ziddir."

O, qeyd edib ki, Azərbaycanda da bu cür qarışılıqlar, dini iğtişaşlar yaratmaq istəyənlərə imkan verilməyəcək:"Biz bir-birimizə  arxa olsaq, heç kim bizə təsir edə bilməz".

Qeyd edək ki, iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rusiyadan, Dərbənddən gələn din xadimləri nümayəndələr və digərləri də iştirak edib.  /
Azərbaycanda sünnilərlə siələr arasında qarşıdurma yaratmaq istəyən bəzi qüvvələr var. Onlar hələ ki, bunu məscidlərdən başlayırlar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap