Əhalinin pensiya ilə təmin olunmasında
problemlərin yaşanmaması üçün Azərbaycandakı pensiya islahatları müasir
beynəlxalq çağırışlara və inkişafa uyğunlaşdırılmalıdır. Bunun üçün isə
uzunmüddətli və dayanıqlı maliyyə təminatı və tam təşəkkül tapmış sosial
sığorta pinsipləri olmalıdır."
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
O, "Azərbaycan" qəzetinə müsahibəsində
bildirib ki, vətəndaşlara əlavə pensiya təminatına imkan verən
mexanizmlər formalaşdırılmalı, pensiya sistemləri fərdi yığım planları
ilə əvəz edilməlidir. Azərbaycanda məcburi real yığım komponentindən
istifadə edilir. Lakin bununla bağlı kifayət qədər ehtiyatlı olmaq
lazımdır. Belə ki, qlobal maliyyə böhranı bu üsulun təhlükəsiz
olmadığını göstərib.
Onun sözlərinə görə, dünyada yaşlı
insanların artması, işləyən gənclərin isə azalması pensiya sistemlərinin
maliyyələşdirilməsində problemlər yaradır. Pensiya sistemlərindəki
problemlər demoqrafik tendensiyalar, iqtisadiyyatın qloballaşması,
miqrasiya artımı kimi təsirlərdən qaynaqlanır. Dünyada doğum
səviyyəsinin azalması və orta ömür həddinin artması, “qlobal yaşlanma”
problemi ailə xarakteristikasına, dünya quruluşuna, bir sözlə, bütün
sosial, iqtisadi, siyasi aspektlərə təsir edir.
BMT-nin hesablamaalarına görə, dünyada 59
yaşdan yuxarı əhalinin xüsusi çəkisi qarşıdakı 20 ildə təqribən 50 faiz
artacaq. Nəticədə 25 yaşlı insanların sayı hər 25 ildən bir 20 faiz
azalacaq. Gənclərin azalması isə pensiya mənbələrinin ödənilmə
mənbəyinin azalması deməkdir.
E.Mehdiyevin fikrincə, yaşlı insanların
artması, işləyən gənclərin isə azalması pensiya sistemlərinin
maliyyələşdirilməsində problemlər yaradır. Bütün bunlar inkişaf etməkdə
olan bazar iqtisadiyyatı ölkələrinin pensiya sistemlərinə daha çox təsir
göstərir.