header

 DEVAMM-ın Ayətullah Nəmr barəsində çıxarılan edam hökmünə etiraz bəyanatı

Son günlər ərzində İslam ümmətinin gündəminin əsas mövzularından biri də Ayətullah Şeyx Nəmr barəsində çıxarılan edam hökmü ilə bağlı olmuşdur.

Bəyanatda bildirilir: “Ayətullah Şeyx Nəmr Səudiyyə Ərəbistanında yaşayıb-yaradan, burada İslam elmi mərkəzlərini təşkil edən önəmli şəxsiyyətlərdən biridir. O, 1968-ci ildə Səudiyyə Ərəbistanının Qətif əyalətininin Əvamiyyə şəhərində dünyaya göz açmışdır. Təhsildən döndükdən sonra Əl-İmamul-Qaim (ə.f)  adına dini mərkəz təsis etmişdir. Son illərdə isə “İslami Mərkəz”in əsasını qoymuşdur. Şeyx Nəmr mübariz və fədakar ruhani olmaqla yanaşı, insan haqları müdafiəsi ilə də məşğul olur. Təbii ki, onun fəaliyyəti Səud xanədanının böyük narazılığını doğurmuşdur. İlk dəfə Şeyx Nəmr 2006-cı ildə Bəhreyndə keçirilən beynəlxalq Quran simpoziumundan geri döndükdə həbs olunmuşdur. İkinci dəfə 2008-ci ildə həbs edilmişdir. Ona qarşı ittihamlarda müqəddəs Bəqi qəbiristanlığının vəziyyəti ilə bağlı irəli sürdüyü iradlar və Əhli-Beyt (ə) məzhəbinin Səudiyyədə rəsmiyyətlə tanınması kimi qanuni tələblər mərkəzi yer tutur. Sonuncu həbsi  2012-ci ildə olmuşdur. 15 oktyabr 2014-cü il tarixində isə Ayətullah Şeyx Nəmr barəsində edam hökmü çıxarılmışdır.
Dünyanın hər yerindən Ayətullah Şeyx Nəmrin edam hökmü ilə əlaqədar narazılıqlar eşidilməkdədir. Beynəlxalq insan haqları təsisatları Ayətullah Şeyx Nəmrin həbsini və edam hökmünü qətiyyətlə pisləyir, bu qeyri-qanuni hökmü onun insan haqları sahəsində gördüyü işlərlə, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində göstərdiyi fəaliyyətlə əlaqəli olduğunu vurğulayırlar.
DEVAMM və İçərişəhər “Cümə” məscidi dini icması olaraq, Səudiyyə Ərəbistanı hakimiyyətinin bu addımlarını birmənalı olaraq pisləyirik. Bu hökmün qeyri-qanuni olduğunu bəyan edir, əslində Şeyx Nəmrin fəaliyyətinə görə cəzalandırıldığını, onun timsalında digər fədakar insanları qorxutmaq, fəaliyyətdən çəkindirmək niyyətinin güdüldüyünü bildiririk.
Eyni zamanda bildiririk ki, Şeyx Nəmr barəsində çıxarılan edam hökmü - həm İslam ümmətinin parçalanmasına xidmət edən yeni fitnə, həm də insanların öz hüquq və azadlıqlarını tələb etməsini əngəlləməyə xidmət edən provokasiya kimi qiymətləndirilir. Ayətullah Şeyx Nəmrin edam hökmünün ləğvini və azadlığının təmin olunmasını tələb edirik”.
Son günlər ərzində İslam ümmətinin gündəminin əsas mövzularından biri də Ayətullah Şeyx Nəmr barəsində çıxarılan edam hökmü ilə bağlı olmuşdur.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap