header

 Həbs yerləri və siyasi məhbuslarla bağlı hesabat hazırlanıb

Hesabatda dustaqların saxlanma şəraiti, onlara işgəncə verən məmurların siyahısı, korrupsiya cədvəli, siyasi məhbus problemi və s. haqqında bəhs edilir

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” hesabat hazırlayıb. Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb. Bir sözlə hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları sənədə köçürüblər. 
 
Bu barədə FaktXəbər-ə məlumat verən “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, hesabatın əsas bölümlərindən biri Azrbaycanda siyasi məhbus problemi ilə bağlıdır. Sənəddə  problemin meydana gəlməsi, onu doğuran səbəblər və aktuallığı, eləcə də siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar, ədalətsiz mühakimə və məhkəmə hökmləri, əhf imitasiyası, yerli və beynəlxalq rəylər əks olunub; “Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir; həsb yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi. Bu sənəd Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus probleminə dair ümumi və ayrı- ayrı mənzərəni  əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur”.
 
Hesabatda həbs yerlərində hökm sürən korrupsiya ilə bağlı geniş qeydlər var. Həbsxanalarda yığılan rüşvətin təyinatı və həcminı əks etdirən cədvəl hesabatda yer alıb. Cədvəldə alınan rüşvətlər detallı şəkildə göstərilib.
 
Həbs yerlərində məhbuslara işgəncə verilməsi ilə bağlı Hesabatda ətraflı araşdırmalar var. Sənəddə məhbuslara işgəncə verilməsi ilə bağlı nümunələr və çox saylı faktlar yer alıb. Eyni zamanda dustaqlara qarşı qeyri-insanı münasibəti həyata keçirən vəzifəli şəxslərin "qara siyahı"sı tərtib olunub.
 
Sənəddə dustaqların saxlanma şəraiti, sıxlığı, adam başına düşən yerin kvadrat həcmi, qida təminatı, tibbi və sosial xidmət və s. haqqında geniş araşdırmalar əks olunub.
 
Araşdırmada Qobustan Qapalı həbsxanasında cəza çəkən, ömürlük həbs cəzasına məhkum edilmiş məhbuslarla bağlı bölüm yer alıb.  
 
Hesabatda Penitensiar Xidmətin cəmiyyət üçün qapalı bir qurum olduğu, hesabatlılqıdan, şəffaf fəaliyyətdən boyun qaçıran, vətəndaş cəmiyyəti institutlarının sorğularını cavablandırmayan, müstəqil hüquq müdafiəçilərinin həbs yerlərinə buraxılmaması ilə bağlı araşdırmalar əks olunub. 
 
Hesabatın maraqlı və diqqət çəkən bölümlərindən biri siyasi girovlarla bağlı bölümdür. Sənəddə qeyd olunur ki, Azərbaycanda siyasi məhbuslar problemi ilə yanaşı siyasi girovlar problemi də var. Siyasi girovlar hakimiyyətin repressiyasına məruz qalıb, fəaliyyəti məhdudlaşdırılan və nəzarət altında saxlanılan, ölkədən çıxşına yasaq qoyulan ictimai siyasi fəallar, onların qohumları, iş adamları və s.- dir. Siyasi məhbuslar, siyasi mühacirlər kimi siyasi girovlar da bu rejimin qurbanlarıdır.
 
Sənəddə Azərbaycanda mövcud olan 98 nəfərlik siyasi məhbus siyahısı təhlil edilib, Alyansın həmin siyahıya bəzi əlavələri göstərilib. 
 
Hesabatda Azərbaycanda həbs yerlərində vəziyyətin, infrastrukturun yaxşılaşdırılması, dustaqların hüquq və vəzifələrinin təmin edilməsi, qorunması və siyasi məhbus probleminin həll edilməsi üçün  tövsiyyələr irəli sürülüb.
 
Yaxın günlərdə  “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” Hesabatın ictimai təqdimatının keçirilməsi nəzərdə tutulur. Sənəd ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatlara da təqdim olunacaq.
Hesabatda dustaqların saxlanma şəraiti, onlara işgəncə verən məmurların siyahısı, korrupsiya cədvəli, siyasi məhbus problemi və s. haqqında bəhs edilir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap