Siyasi məhbus siyahısı: 7 nəfər çıxıb, 2 nəfər əlavə olunub
Posted on :
qafqaz
10/16/2017 12:59:32 PM
Avqustun 25-də Azərbaycanın bəzi hüquq müdafiə qurumları və vəkilləri siyasi məhbus hesab etdikləri 98 nəfərin siyahısını yaymışdı.
Avqustun 25-də Azərbaycanın bəzi hüquq müdafiə qurumları və vəkilləri siyasi məhbus hesab etdikləri 98 nəfərin siyahısını yaymışdı. Ötən müddət ərzində siyahıdakı şəxslərdən 3-ü haqqında həbs qətimkan tədbiri dəyişdirilib, 4 nəfər isə əfv olunub.
Aprel ayında Bakıda nurçulara qarşı keçirilən əməliyyat zamanı tutulan Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Səbzəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ötən ay dəyişdirilib.
QHT rəhbəri Həsən Hüseynli, gənc fəallar Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli isə prezidentin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.
Bununla siyahıda 91 məhbusun adı qalıb. Ancaq “Mediaforum” saytının əldə etdiyi məlumata görə, jurnalist, siyasətçi Seymur Həzi və AXCP üzvü Murad Ədilovun adları əlavə olunduğundan hazırda siyasi məhbus siyahısında 93 nəfərin adı var.