Ayətullah Sistani İŞİD-lə bağlı yeni müraciət yaydı
Posted on : Təqlid mərcələrinin 10/16/2017 12:59:32 PM
Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Əbdül Mehdi əl-Kərbəlayi İraqda başverənlər ilə bağlı ölkə əhalisini xəbərdarlıq edib, - “yenisafak”.
Söz mövzusu təbliğatlarla “iraqlıları qorxutmağın” hədəflədiyini bildirən xətib, vətəndaşların “torpaqlarını təvirçi-vəhhabi İŞİD terrorçularına qarşı mübarizə” mövzusunda özlərinə güvənmələrini istəyib.
Xatırladaq ki, iyun ayında təkvirçi-vəhhabi İŞİD terror təşkilatı İraqa soxularaq Mosul başda olmaqla bir sıra şəhərləri ələ keçirmişdi. Ayətullah Seyid Əli Sistani İŞİD ünsürləri ilə mübarizə aparmaq üçün ölkə əhalisinə ünvanlı fətva vermişdi. Bu müraciətdən sonra terror təşkilatına qarşı güclü müqavimət formalaşıb. Fətvanın açıqlanmasından çox az müddət sonra milyonlarla iraqlı könüllü olaraq orduya qatılmaqla bağlı müraciət etmişdi