Şeyx Nimrin aqibəti necə ola bilər?
Posted on : Digər sahələr 10/16/2017 12:59:32 PM
Şeyx Nimrin edamı İslam dünyasında böhrana səbəb olacaq.
İran rəsmiləri xəbərdarlıq edərək bildirib ki, Şeyx Nimrin edamı İslam dünyasında böhrana səbəb olacaq. Belə ki, İranın xarici işlər naziri müavi Hüseyn Əmir Abdullahiyan çıxışları zamanı oxşar fikirlər səsləndirib.
Livan Hizbullahı da rəsmi bəyanat verərək, bu zalım hökmü siyasi sifariş adlandırıb və onun həyata keçirilməsinin nəticələri barədə xəbərdarlıq edib.
Şiə aliminə qarşı çinayət məhkəməsinin ölüm hökmü dərhal icra olunmayacaq. Apellyasiya məhkəməsi tərəfindən hökm ləğv oluna bilər. Əgər hökm qüvvədə qalarsa, Ali Məhkəməyə müraciət olunacaq və bunlardan sonra krala təqdim olunacaq. Hökm təsdiqini tapdıqdan sonra, sonda ölkənin Daxili İşlər Nazirliyinə təqdim olunacaq. Beləliklə hüquqi proses bir neçə ay davam edəcək. Lakin Səudiyyə Ərəbistan kralının əmri olarsa, hökm tez bir zamanda icra oluna bilər.
Ölkənin daxili və xarici siyasətindəki böhran nəticəsində Səudiyyə Kralı qərarın icrasında tələsməyəcək. Bu həm də İranla münasibətlərdə və Səudiyyə Ərəbistanın şərq məntəqələrində münaqişə alovunun güclənməsinə gətirib çıxaracaq. Bu səbəbdən hökmün icrasının tez bir zamanda yerinə yetirilməsi mümkün deyil. Hüquqi proseslər zamanı Nimrin əvf olunması haqda qərar qəbul edilə bilər.