header

 PREZİDENTİN FƏRMANI DİNDAR MƏHBUSLARA ŞAMİL EDİLMƏDİ

AİM-in toplantısında bu məsələyə də münasibət bildirildi

Bu gün Azərbaycan İslam Partiyası Analitik İnformasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Bu barədə İslaminsesi.org saytı AİP mətbuat xidmətinə istinadən xəbər verir.

Verilən məlumata görə, yığıncaq təqdim olunan gündəliyin müzakirəsi ilə başlandı və Milli Şuranın 12 oktyabrda təşkil etdiyi mitinqə münasibət, ATƏT həmsədrlərinin bölgəyə səfəri və “böyük sülh sazişi”, o çümlədən dünya gündəmində baş verən hadisələr təhlil olundu.

 

İlk söz alan AİM sədri Üzeyir Heydərli müzakirəyə çıxarılan məsələlər barədə qısa məlumat verdi.

 

 O bildirdi ki, Milli Şuranın 12 oktyabr tarixli mitinqinə münasibət və mitinq iştirakçılarının sayına münasibət və rəylər müxtəlif oldu:

 

”Kimi bu sayın 600-900 civarında olduğunu bildirdi, kimisi də 4000-5000 olduğu iddiasını irəli sürdü. Amma ümumilikdə mitinqi uğurlu hesab etmək olmaz. Burada İŞİD bayrağının qaldırılması mitinqin təşkilinin düzgün qurulmadığını göstərdi.”

 

Natiq ATƏT həmsədrlərinin bölgəyə səfərini bir daha gözə kül üfürmə kimi qiymətləndirdi.

 

O, dünyada baş verən mühüm hadisələr, Suriya, İraq münaqişələri barədə danışdı və Qərbin terrordan zərər çəkmiş insanlar üçün yalnız sözdə narahatlıq keçirdiyini, yalnız İİR istisna olmaqla, bir çox müsəlman ölkələrinin də bu məsələyə laqeyd yanaşdığını diqqətə çatdırdı.

 

AİP funksioneri Vüqar İbayev Hacı Mövsüm Səmədovun hələ də 12  saylı cəzaçəkmə müəssisəsində saxlandığını, həmçinin hacı Abgülün, hacı Taleyin də “karsa salındığını” və hakimiyyətin din xadimlərinə təzyiqlərini davam etdirdiyini qeyd etdi. V. İbayev prezidentin əfv fərmanını formal adlandıraraq, bu qərarın həqiqi günahsız insanlara şamil edilməməsini, adını da “günahsız həbsdə yatanların azadlıq hüquqlarının tanınması” qoyulmasını təəssüflə vurğuladı.

Partiya sədrinin siyasi işlər üzrə müavini Akif Heydərli Milli Şuranın 12 oktyabr mitinqinin müsbət və mənfi tərəflərindən danışdı. O, mitinq meydanında Avropa ölkələri bayraqlarının dalğalandırılmasını və bəzi müxalifət partiyalarının Azərbaycan xalqının taleyinin Avropaya bağlılığını iddia edənlərin maraqlarına xidmət etməsinin xalqımızın müstəqilliyi, gələləcəyi, xüsusən də İslam dini üçün olduqca zərərli olduğunu diqqətə çatdırdı, İŞİD-çilərin Hacı Mövsümə azadlıq şüarı səsləndirməsinin isə M. Səmədovun həqiqi dəyərlərinə bələd olmayanların, onun haqqında zəif məlumatı olanların yaddaşında neqativ  düşüncələr yarada biləcəyini bildirdi.

 

A.Heydərli ATƏT-in Dağlıq Qarabağ barədə hər bir addımını əhəmiyyətsiz hesab edərək, bu vasitənin Azərbaycan üçün zərərli olduğunu dilə gətirdi.

 

O, Azərbaycanın Avrasiya birliyinə yaxınlaşmasının strateji məqamları barədə toplantı iştirakçılarına məlumat verdi və şəxsi proqnozlarını açıqladı. A. Heydərli daha sonra beynəlxalq aləmdə baş verən hadisələrin qısa şərhini verdi.  

 

AİP Binəqədi rayon şöbəsinin sədri hacı Rövşən Nuriyev Hacı Mövsümün qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinin səbəbləri, buna etiraz etməyin əhəmiyyəti, bu istiqamətdə digər zəruri addımların atılmasından danışdı və bu barədə apellyasiya şikayətinin verilməsini təqdirəlayiq addım hesab etdi.

 

Partiyanın gənclər təşkilatının səlahiyyətlisi Rəşad Dadaşov Milli Şuranın mitinqində baş verənlərin məqsədli şəkildə ola biləcəyini qeyd edərək, İŞİD-çilərin mitinqdə bayraq qaldırmaqla ölkədə güclü bir qüvvə olduqları haqda mesaj verdiklərini diqqətə çatdırdı:

 

”Bütün hallarda pərdəarxası oyunlar nə İslamın, nə də Azərbaycan xalqının xeyrinə deyil, elə Hacı Mövsümə təzyiqlər də, məncə, bu neqativ görüntülərə xidmət edir.”

 

Partiya funksioneri Kərbəlayi Elmar AİP-in Milli Şuranın mitinqində iştirak etməmək barədə qərarının düzgün olmasının bir daha təsdiqləndiyini dilə gətirdi.

 

O, Dağlıq Qarabağ probleminin Qərbin dəstəyi ilə heç zaman həll oluna bilməyəcəyi iddiasını hələ 20 il  bundan əvvəl İslam Partiyasının bəyan etdiyini xatırladaraq qeyd etdi ki, ATƏT-in Minsk Qrupu Azərbaycanı nəzarət altında saxlamağa, dövlətimizə Qarabağ vasitəsilə təzyiq göstərməyə çalışdığından problemin həllini təbii ki, istəməyəcəkdir.

Söz alan Hacı Elşən Orucov müzakirə olunan məsələlər barədə mövqeyini qısa şəkildə açıqladı, etiraz aksiyaları barədə təklif, rəy və mülahizələrini çatdırdı.

Hacı Əliyar oktyabrın 12-də keçirilən mitinqin zərərli cəhətlərini göstərməklə yanaşı, islamçıların hadisələrə daha fərqli yanaşdığını, reallıqlara və dinimizin, inanclı insanların sarsılmaz iradələrinə söykənməklə hadisələrə təsir göstərməyin tərəfdarı olduğunu qeyd etdi. Böhtanlarla həbs olunmuş dindarların azadlığının xalqımız üçun ümumən nə qədər əhəmiyyətli  olduğunu, bu məqsədlə hər bir inanclı insanın müəyyən addımlar atmağının vacibliyini diqqətə çatdırdı.

 

 Çıxış edən Namiq Məmmədli Dağlıq Qarabağ probleminin həllinin heç bir xarici ölkənin hər hansı bir qurumundan deyil, Azərbaycan xalqının iradəsindən asılı olduğunu bildirdi.

 

AİP Gənclər Təşkilatının sədri Vüqar Abdullayev toplantının sonunda söz alaraq gündəlikdə duran məsələlər barədə fikir və düçüncələrini bildirdi.

 

O, həbsdə haqsız yatan islamçıların müdafiəsi və Dağlıq Qarabağ probleminin həlli uğrunda vuruşa hər an hazır olan vətənpərvər gənclərin son dövrdə siyasi-ictimai müstəvidə fəallaşmasını təqdir edərək, bu barədə bir sıra maraqlı məlumatları diqqətə çatdırdı.

 

Toplantıda, həmçinin, Səudiyyə Ərəbistanı məhkəməsi  tərəfindən ölkənin şiə ruhani alimi Şeyx Baqir Nimrə qarşı çıxarılan edam hökmünə kəskin etirazlar səsləndirildi və  Səudiyyə Ərəbistanının səfirliyinə etiraz bəyanatı göndərmək qərara alındı.

AİM-in toplantısında bu məsələyə də münasibət bildirildi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap