header

 Kürdlər "cənnətə tələsən" azərbaycanlı İŞİD-çini edam etdi

Suriyanın Hələb əyalətinin Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərindəki döyüşlərdə kürd qüvvələrinə əsir düşən azərbaycanlı 24 saat saxlanıldıqdan sonra edam edilib.

əl-Həyat”a istinadla verdiyi xəbərə görə, bu barədə Kobanidə “İslam Dövləti” (İŞİD) terror təşkilatına müqavimət göstərən döyüşçülər və onlara yaxın mənbələr məlumat veriblər.

Məlumata əsasən, İŞİD-in 20 yaşlı azərbaycanlı üzvü 10 gün əvvəl əsir düşüb və bir gün saxlanıldıqdan sonra edam edilib.

Şahid, 33 yaşlı kürd tacir Cüneyd Himu hadisəni belə nəql edir: “Mən Xalq Müdafiə Bölmələri sıralarında vuruşmuram. Amma döyüşlərdə azuqənin çatdırılmasına köməklik göstərirdim. Biz onlardan (İŞİD üzvlərindən- red.) birini küçədə ələ keçirdik. O, təxminən 20 yaşı olan azərbaycanlı idi. O, bizimlə ərəbcə danışırdı. Biz ondan İŞİD-in bizə niyə hücum etdiyini soruşduq. O, bizim kafir olduğumuzu, onlara bizi düzgün İslam yoluna qaytarmalarının əmr olunduğunu və bizim qadınlarımızın guya onlara halal olduğunu söylədi. İslam söhbəti ortaya düşdükdə kürd döyüşçülər onu razı salmağa çalışırdılar.

Onu yaxınlıqdakı məscidə apardılar. Burada əsl məsxərəli müzakirə başlandı. Kürdlərin səyləri nəticə vermirdi. Cihadçı döyüşçülərin əlinin altında olduğu halda israr edirdi.

Onu məntiqə yönəltmək çətin idi. Bizim kafir olduğumuzu dəfələrlə təkrar etdi. Deyirdi ki, cənnətə getmək istəyir, ona orada 40 huri veriləcək. O, döyüşçülərin ona verdikləri yeməyi və suyu rədd etdi. Dedi ki, qaça bilsə, yenə bizə qarşı vuruşacaq. Cihadçı digər kamikadze qardaşlarının etdiyini həyata keçirməyə hazır olduğunu dedi.

Mən onun bu israr və inadını başa düşə bilmirdim. Onun gözləri heç nə görmür, ölümü adi bir şey sanırdı. O, dəfələrlə bizdən onu öldürməyimizi istədi. Çünki düşünürdü ki, ölsə, cənnətdəki qardaşları ilə görüşəcək.

Döyüşçülər əvvəlcə onu dustaq kimi saxlamaq fikrində idilər. Lakin onun inadkarlığı və onun kimilərin Kobanidə davam edən zorakılıq əməlləri döyüşçülər üçün başqa seçim saxlamadı. Tutulduqdan 24 saat sonra başına bir neçə güllə vurularaq öldürüldü. Amma döyüşçülər onun üz-gözünü yudular".

Suriyanın Hələb əyalətinin Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərindəki döyüşlərdə kürd qüvvələrinə əsir düşən azərbaycanlı 24 saat saxlanıldıqdan sonra edam edilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap