header

 İMAM XAMNƏYİNİN İFADƏLƏRİNDƏ AŞURA İBRƏTLƏRİ

Imam Hüseyn (ə) tarixin ən böyük və ən əzəmətli mübarizi və mücahididir

Ərdəbil Məhde Təşəyyo - Aşura macərasının əsl mahiyyəti bundan ibarətdir ki, qaranlığa, zülmə və fəsada batmış dünyada Hüseynibni- Əli (ə) islamı xəlas etmək üçün qiyam etdi və bu böyük dünyada ona yardım əlini uzadan olmadı. Hətta Ağanın dostları və yaxınları, yəni Yezidə qarşı mübarizə meydanına öz qruplarını gətirə bilən adamların hər biri bir bəhanə ilə meydandan çıxıb qaçdılar. Ibni-Abbas bir cür, Abdullahibni-Cəfər bir cür, Abdullahibni- Zübeyr bir cür, səhabə və tabeyindən qalmış şəxsiyyətlər bir cür ... Adlı, sanlı şəxsiyyətlər, təsir buraxıb mübarizə meydanını qızışdıra bilən adamların hər biri bir bəhanə ilə meydanı boşaltdılar.  Hal bu ki, onların hamısı danışanda islamı müdafiədən danışırdılar. Əməl məqamına gələndə isə hərəsi bir bucaqdan qaçdılar və imam Hüseyn (ə)-ı tək qoydular. Hətta öz işlərini əsaslandırmaq üçün imam Hüseyn (ə)-ın xidmətinə gəlib – Ağa, sən də qiyam etmə və Yezidlə döyüşmə- dedilər.

Bu, tarixin çox qəribə ibrətlərindən biridir. Böyüklər qorxuya düşəndə, düşmənin qəddar siması görsənəndə, döyüş meydanının çox qəribə bir meydan olduğunu duyanda insanların əsl mahiyyəti və iç dünyaları üzə çıxır. O günkü islam dünyasında – hələ müstəqil müsəlman ölkələri meydana çıxmazdan əvvəl çox böyük islam dünyası var idi- düşmən qarşısında dayanmaq cəsarətinə malik olan yeganə adam imam Hüseyn (ə) idi. Məlumdur ki, imam Hüseyn (ə) kimi bir şəxsiyyət qiyam edəndə onun ətrafına yığışanlar da olacaqdı. Hərçənd bu adamlar da işin nə qədər çətin və dözülməz olduğdnu gördükdə bir- bir o Həzrətin ətrafından dağıldılar. Belə ki, imam Hüseyn (ə)-la birlikdə Məkkədən səfərə çıxan, yaxud yolda ona qoşulan min neçə nəfərdən Aşura gecəsi yalnız az bir tedad qaldı. Onlar Aşura günü qoşulanlarla birlikdə cəmi 72 nəfər idi.

Bu, məzlumluq deməkdir. Belə məzlumluq isə kiçiklik, yaxud zəlillik demək deyildir. Imam Hüseyn (ə) tarixin ən böyük və ən əzəmətli mübarizi və mücahididir. O, belə bir meydanda dayandı və qorxmadan döyüşdü. Lakin bu böyük insan əzəməti qədər də məzlumdur. Böyük olduğu qədər məzlumdur. Qəribliklə də şəhid oldu. Bir fədai əsgərlə onun fərqi vardır. Fədai əsgər camaatın şüarı və alqışı ilə meydana gedir. Meydanda özü kimi adamlarla birlikə düşmənlə döyüşür. Yaralandığı, yaxud şəhid olduğu təqdirdə onunla necə davranılacağını da bilir. O insan, imam Hüseyn (ə) isə elə qürbətdə və elə zülmətdə, yalqız və köməksiz, camaatdan heç cür yardım ümidi olmadan, düşmənin geniş təbliğatına baxmayaraq müqavimət göstərir, mübarizə aparır, Allahı qəzasına boyun qoyur və Allah yolunda şəhid olmağa hazır olur. Kərbəla şəhidlərinin əzəməti də elə bundadır. Onlar öz dini vəzifələrini, Allah və din yolunda cihad etmək vəzifəsini duydular və düşmənin böyüklüyündən qorxmadılar, yalqızlıqlarından qorxuya düşmədilər. Tedadlarının azlığını düşmən qarşısından qaçmağa bəhanə etmədilər. Bir şəxsi, bir rəhbəri və bir milləti əzəmətləndirən də elə budur: düşmənin boş əzəmətindən qoxmamaq.

Seyyidüş-Şühəda əleyhis-salatü vəs-salam bilirdi ki, şəhid olduqdan sonra düşmən bütün cəmiyyəti və o günkü dünyanı əks təbliğlə dolduracaqdır. Çünki, imam Hüseyn (ə) zamanı və düşməni tanımayan bir adam deyildi. Düşmənin nə kimi xəbisliklər edəcəyini bilirdi. Eyni halda ümid edir və bilirdi ki, onun məzlumluq və qəribliklə etdiyi hərəkət nəhayət düşməni həm qısa müddətli, həm də uzunmüddətli məğlubiyyətə uğradacaqdır.

Elə də oldu. Imam Hüseyn (ə)-ın məğlubiyyətə uğradığını düşünənlər səhvə yol verirlər. Ölmək məğlubiyyətə uğramaq deyildir. Döyüşdə ölən məğlubiyyətə uğramır, öz məqsədinə çatmayan döyüşçü məğlubiyyətə uğramış olur. Imam Hüseyn(ə)-ın düşmənlərinin məqsədi islamı, nübüvvət yadigarını yer üzündən silmək idi. Onlar məğlub oldular. Çünki onların istədiyi kimi olmadı. Imam Hüseyn (ə)-ın məqsədi bu idi ki, düşmənlərin birgə planlarında, dünyanı öz istədikləri rəngə boyamaq planlarında çatlar yaransın. Şəhidlərin məzlum və haqlı çağırışları hər yerdə səslənsin, nəhayət islam düşmənləri məğlub olsun. Belə də oldu. Imam Hüseyn (ə) həm qisa müddətdə, həm də uzun müddətdə qələbə çaldı. Qısamüddətli qələbəsi belə idi ki, onun qiyamı və məzlumcasına şəhid olması və ailəsinin əsarətə düşməsi Bəni- Üməyyə hakimiyyətini sarsıtdı. Bu hadisədən sonra islam dünyasında – Məkkədə və Mədinədə- bir- birinin ardınca müəyyən hadisələr baş verdi və nəhayət Ali- Əbusüfyan sülaləsinin hakimiyyətinə son qoydu. Cəmi üç-dörd il ərzində Ali-Əbusüfyan devrilərək tamamilə aradan getdi. Kimin fikrinə yetişərdi ki, imam Hüseyn (ə)-ı Kərbəlada məzlumcasına şəhid edən düşmən onun fəryadının inikası vasitəsilə məğlub olacaq, özü də üç- dörd il ərzində? Imam Hüseyn (ə) uzunmüddətli qələbəni də əldə etdi. Islam tarixinə baxın, dinin nə qədər yayıldığını, kök saldığını görürsünüz. Nəcür oldu ki, yeni islam millətləri meydana gəlib inkişaf etdi! Islam elmləri inkişaf etdi. Islam fiqhi inkişaf etdi. Əsrlər ötdükdən sonra nəhayət bu gün islam bayrağı dünyanın ən yüksək binalarında dalğalanmaqdadır. Yezid və onun ailəsi islamın bu qədər inkişaf etməsinə razı idilərmi? Onlar islamın kökünü kəsmək istəyirdilər, Quran və islam peyğəmbərinin adını silmək istəyirdilər. Indi isə tamamilə əksinə olduğunun şahidiyik. Demək o, Allah yolunun mübariz və mücahidi, dünyanın qarşısında dayanan, qanı tökülən və ailəsi əsarətə düşən mücahid hər cəhətdən öz düşməninə qələbə çaldı. Bu, millətlər üçün bir dərsdir.  Müsir dünyamızın böyük rəhbərlərindən nəql edirlər – hətta onların müsəlman olmayanlarından- nəql edirlər ki, onlar mübarizə yolunu imam Hüsey(ə)-dan öyrəndiklərini vurğulamışlar.

Bizim öz inqilabımız da həmin misallardan biridir. Bizim də xalqımız Hüseynibni- Əli əleyhis-salamdan öyrənmişdir. Onlar öyrənmişlər ki, olmək məğlubiyyət demək deyildir. Öyrənmişlər ki, zahirən hakimiyyətdə olan düşmən qarşısında geriləmək bədbəxtlik üzüqaralıqla nəticələnər. Düşmən nə qədər güclü olsa belə mömin və möminə insalar cərgəsi Allaha təvəggül edərək çalışsa nəhayət qələbə qazanacaq, düşmən isə məğlub olacaqdır. Millətimiz bunları öyrəndi.

Mənim bu gün sizə ərz eləmək istədiyim budur ki, siz əziz bacı- qardaşlar və İranın böyük milləti Kərbəlanın əbədi örnək olduğunu bilməlisiniz. Kərbəla insanın düşmən əzəməti qarşısında tərəddüd etməməli olduğunu göstərən nümunədir. Bu, sınaqdan keçmiş bir örnəkdir. Doğrudur, islam sədri dövründə Hüseynibni- Əli əleyhis- salam yetmiş iki nəfərlə birlikdə şəhid oldu. Bu, o demək deyildir ki, hər kim imam Hüsey (ə) yolunu getsə, mübarizə yolunu seçsə şəhid olmalıdır, yox. Allaha çox şükür, bu gün İran milləti imam Hüsey əleyhis- salamın yolunu sınamış və islam və dünya millətləri arasında əzəmətli mövqeyə malikdir. Sizin inqilabdan qabaq gördüyünüz işlər və getdiyiniz yol, imam Hüsey (ə) yolu, düşməndən qorxmamaq, hakimiyyətdə olan düşmənə qarşı mübarizə aprmaq idi. Müharibə dövründə də belə idi. Millətimiz bilirdi ki, Şərq və Qərb dünyası və bütün impeialist qüvvələr onun qarşısında dayanmışdır.  Amma qorxmadı. Əlbəttə çox dəyərli şəhidlərimiz vardır. Bir tedad əzizlərimizi itirdik. Bir tedad əzizlərimiz isə sağlamlıqlarını əldən verib əlil oldular. Bir tedadı da neçə il dustaq həyatı yaşadı. Bir tedad hələ də bəsilərin həbsxanalarındadırlar. Lakin millətimiz həmin fədakarlıqlarla əzəmətin yüksək zirvəsinə çatmışdır, islam əziz olmuşdur, islam bayrağı dalğalanır. Bu, o müqavimətin bərəkətindəndir. Demək istədiyim budur ki, o müqavimət bu gün də lazım və zəruridir. Bu gün Amerikanın istikbar qüvvəsi İran millətini, dünyanın digər mübariz və müsəlman millətlərini öz istilaçılığından qorxutmaq istəyir. Şərq düşərgəsi parçalandıqdan sonra onun bir çox bölükləri qorxaqlıq üzündən dünənki düşmənlərinə təslim olur və onlara qoşulur. Bir çox ölkələrin qorxaq dövlətləri Amerikanın istəyini qəbul etdi. Bu gün Amerikanın oz dostlarına və əlaltılarına diktə etdiyi siyasət belədir ki, istikbarın istilası qarşısındakı hər hansı bir müqavimət məhv edilməlidir. Onlar deyirlər: bir çox millətlər bizə təslim olmuşlar, niyə islam tərəfdarları təslim olmasın? Niyə islam millətləri təslim olmur? Niyə İran milləti təslim olmur? Bu sözlərlə müsəlman millətləri qorxutmaq istəyirlər. Bu gün artıq müsəlman millətlərin istikbarın zahiri qüdrəti qarşısında qorxmamaq, tərəddüdə uğramamaq günüdür.

Imam Hüseyn (ə) tarixin ən böyük və ən əzəmətli mübarizi və mücahididir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap