header

 Ali Xəlifə rejimi vandallığını bir daha sübut etdi – Paytaxtda sərggilənən “Aşura Çadırları” viran edildi – Foto

Məhərrəm ayının girişi ərəfəsində Ali Xəlifə rejimi Paytaxt Mənamenin cənubundakı simvolik Aşura çadırını dağıtdı.

Bəhreyn xalqı hər il olduğu kimi bu il də, Məhərrəm ayının daxil olması ərəfəsində Mənamənin cənub məntəqəsi əl-Cufeyr bölgəsində Siqleyn simvolik Aşura çadırlarını təsis ediblər. Lakin vəhhabiəqidəli Ali Xəlifə rejimi Siqleyn simvolik Aşura çadırlarını buldozer vasitəsi ilə dağıdaraq yerlə yeksan edib.

Yerli sakinlər də öz növbəsində rejimin bu vandal hərəkətinə etiraz əlaməti olaraq, çadırların dağıdılmış yerinə toplaşıb Ali Xəlifə rejiminə qarşı aksiya keçirdiblər.

Bəhreyn əl-Vifaq İcması baş verən olayla əlaqədar bəyanat yayımlayaraq, bildirib: “Ali Xəlifə rejiminin gördüyü bu işlər fikir azadlığının düşməni olan “tayfaçılıq məfkürəsinin” nişanəsidir. Bu məfkürə 38 Məscidi, onlarla Hüseyniyyəni və s. müqəddəs ocaqları viran edən məntiqdən qaynaqlanır.”

əl-Vifaq İcmasının bəyanatında daha sonra deyilir: “Ali Xəlifə rejiminin dini azadlıq zəminindəki fəaliyyətləri, xüsusi il də, Şiələrə qarşı yürütdüyü siyasətləri dözülməzdir. Məscidlərin viran edilməsi, Məddahların və Xitabəçilərin təqib edilməsi, dini dairələrə yürüş edib dağıdılması, Hüseyniyyə məsullarının həbs edilməsi vəs. kimi məhdudiyyətlər bu mənfur siyasətlərin bariz nümunəsidir”.

İnsan Haqqları Təşkilatının Bəhreyn üzrə nümayəndəsi Şeyx Meysəm Səlman da öz növbəsində Ali Xəlifə rejiminin bu cinayətini qınayaraq bildirib: “Rejim qarşıdurma yaradıb, Şiələrə qarşı laqeyd siyasət yürütməkdə israrlıdır”.

 

Məhərrəm ayının girişi ərəfəsində Ali Xəlifə rejimi Paytaxt Mənamenin cənubundakı simvolik Aşura çadırını dağıtdı.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap