header

 Bəzi agentliklər İraq ordusu haqda səhv məlumat yayır

İraq ordusu "İŞİD"ə qarşı inamla mübarizə aparır, bəzi agentliklər səhv məlumat yayır

İraq ordu rəsmilərinin açıqlamalarına görə, Əmiriyyə Fəllucə şəhərində təkfirçi qüvvələrə qarşı effektiv mübarizə aparır

İraq hökumət qüvvələri ilə “İslam dövləti” terror qruplaşması arasında əl-Ənbar əyalətinin Əmiriyyə Fəllucə şəhərində şiddətli döyüşlər gedir.

İnterAz “PressTV” telekanalına istinadən xəbər verir ki, yerli qəbilələr və könüllü dəstələrin köməkliyi ilə Bağdadın 40 kilometr qərbində yerləşən şəhər ətrafında silahlı təkfirçilərə qarşı mübarizə güclənib.

İraq ordusunun komandirlərindən Kərim Abdullah Casim müsahibəsində bildirib ki, döyüşlər Bağdad hava limanından 45 kilometr məsafədə gedir. Komandir qeyd edib ki, “əl-Cəzirə”, “əl-Şərqiyyə” və “əl-Ərəbiyyə” telekanallarının yaydığı – guya, “İŞİD” terrorçularının Bağdad hava limanına yaxınlaşması barədə xəbərlər həqiqətə uyğun deyil, paytaxtın təhlükəsizliyi təmin olunur və biz “İŞİD”ə qarşı hücumlarımızı davam etdiririk.

Bu fikirlər digər bir İraq ordusunun rəsmisi Feysəl Tamer tərəfindən də təsdiqlənib.

Bildirək ki, İraqın əl-Ənbar əyaləti “İŞİD” təkfirçi terrorçularının ən çox möhkəmləndikləri ərazidir.
İraq ordusu "İŞİD"ə qarşı inamla mübarizə aparır, bəzi agentliklər səhv məlumat yayır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap