header

 Tehranın İmam cüməsi Səud rejimini sərt tənqid etdi

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub

Ayətullah Seyid Əhməd Xatəmi xütbəsində Ərəbistanın xarici işlər naziri Səud Əl-Feysəl-in İran barədə o cümlədən regiondakı əmin-amansızlıq və de-stabil vəziyyətdə bu ölkəni müqəssir sayması haqda ittihamlarına işarə edərək deyib : “Hamı yaxşı bilir ki, terrorçu İŞİD qruplaşması Ərəbistanın neft dollarları sayəsində təşkil olunub və islam aləmində törədilən hər bir terror aktında müdaxiləsi olan şəxslərin xərcləri, Ərəbistanın xəzinəçilik idarəsi tərəfindən təmin olunur.”

Regionda yaşana bütün mənfi proseslərdə Ərəbistanı “müqəssir” adlandıran Ayətullah Xatəmi deyib: “Ərəbistan hakimiyyətinin əsəbiləşməsinin səbəbləri  məlumdur. Çünki o İraq və Suriya dövlətlərini devirmək üzrə yatırdığı investisiyaları səmərəsiz olub.”

Tehranın bu həftəki cümə namazının xətibi çıxışının davamında Ərəbistanda şiə ruhanilərindən olan Şeyx Baqir Nimrə qarşı çıxarılan edam hökmünü ədalətsiz sayıb.

Ayətullah Xatəmi deyib : “Sırf Vilayət Fəqih, Ərəbistanda şiələrin yaşam hüququnu , eləcədə bu ölkədə sakit aksiyalarda iştirak edənlərin hüququnu himayə etdiyi üçün Şeyx Baqir Nimrə qarşı edam hökmünün çıxarılması həqiqətən yolverilməzdir. İranda cinayət törədən şəxslərin edam edilməsindən özlərinin narahatlığını gizlədə bilməyən insan haqları müdafiəçiləri, ərəbistanlı bu ruhaniyə qarşı çıxarılan edam hökmünə reaksiya verməyiblər.”

Ayətullah Seyid Əhməd Xatəmi 1436-cı hicri qəməri ili məhərrəm ayı  astanasında insanların bu matəm günlərini qarşılamasına işarə edərək deyib : “Hamı özünü Kərbəla və Aşuraya borculu bilir və müsəlman xalqların üzərində Həzrət İmam Hüseyn (ə)-a qarşı məhəbbət özünü göstərir.”

İmam cümə çıxışının digər bir hissəsində 2009-cu il məhərrəm ayındakı aşuraya eləcədə o tarixdə İranda prezident seçkiləri zamanı baş verən fitnələrə işarə edərək deyib: “Bu elə bir hadisə idi ki , onun bir tərəfində münafiqlər və monarxistlər digər bir tərəfdən isə xalq və vilayətçilər bir-birlərinin qarşısında qərar tutmuşdu”.

2009-cu ildə İranda prezident seçkiləri zamanı baş verən olayları respublika və islam quruluşuna qarşı fitnə adlandıran  Ayətullah Xatəmi deyib : “Seçkilərdəki məğlubiyyətə dözə bilməyənlər hüseynçi əzadarlara hücum etdilər.” 

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap