header

 “Mövsüm Səmədov həbsdən azad edilsin!”

Mövsüm Səmədov və onlarla inanclı insan Azərbaycanda son illər İslama yönəlik başlanan total hücumlara qarşı, hicab və azan qadağalarının aradan qaldırılması tələbilə kəskin çıxışlar etdikləri üçün saxta ittihamlarla həbs ediliblər.

son günlər həbsxanalarda siyasi məhbuslara, o cümlədən, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova qarşı təzyiqlərlə bağlı həyəcanlı xəbərlər yayılmaqdadır. Ölkə dindarlarını narazı salan və etirazlara səbəb olan bu hal ictimaiyyət tərəfindən kəskin pislənilir, təzyiqlərə son qoyulması tələb olunur.

Vicdan məhbuslarının, o cümlədən, Mövsüm Səmədovun hüquqlarının kobud şəkildə pozulması ilə bağlı Azərbaycan İslam Partiyasının Qazax rayon komitəsinin üzvləri etiraz bəyanatı ilə çıxış ediblər.

 

Bəyanatda deyilir:

"Mövsüm Səmədov və onlarla inanclı insan Azərbaycanda son illər İslama yönəlik başlanan total hücumlara qarşı, hicab və azan qadağalarının aradan qaldırılması tələbilə kəskin çıxışlar etdikləri üçün saxta ittihamlarla həbs ediliblər.

Bu gülünc hökm qərarında o, dövlət çevrilişi etmək cəhdində günahlandırılıb. Halbuki yeganə silahı söz olan Mövsüm Səmədov ictimaiyyətə ölkədə insanların deyil, qanunun hakim olması üçün rüşvət və korrupsiya bəlasına qarşı birgə mübarizə aparmaq çağırışları edirdi. Görünür, bir çoxları üçün bu “silah” daha təhlükəli oldu deyə, onu susdurmaq istədilər. Bu günkü təzyiqlər göstərir ki, Mövsüm Səmədovun haqq çağırışlarını batırmaq üçün, gözdən-könüldən uzağa göndərmək və onun fiziki məhvinə nail olmaq istəyirlər.

“Mövsüm Səmədov həbsdən azad edilsin!”

Hacı Mövsüm Səmədova qarşı yol verilən haqsızlıqlara, onun 11 saylı cəzaçəkmə müəssisəsindən uzaqlaşdırılaraq mərkəzdən kənarda yerləşən 12 saylı həbsxanaya göndərilməsinə və burada ilk gündən “karsda” saxlanılmasına, həmçinin, qapalı Qobustan həbsxanasına köçürülməsi ilə bağlı çıxarılan qərara biz də kəskin etirazımızı bildiririk. Komitə üzvləri və rayon dindarları adından Mövsüm Səmədovun yenidən ədalət və vicdanla mühakimə edilərək haqqında bəraət hökmü çıxarılmasını tələb edirik".

Mövsüm Səmədov və onlarla inanclı insan Azərbaycanda son illər İslama yönəlik başlanan total hücumlara qarşı, hicab və azan qadağalarının aradan qaldırılması tələbilə kəskin çıxışlar etdikləri üçün saxta ittihamlarla həbs ediliblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap