header

 İran Ayətullah Nəmrlə bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

İran xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian Səudiyyə Ərəbistanında yaşayan Əhli-Beyt (ə) alimi Ayətullah Nəmr Baqir ən-Nəmrin edam edilməsinin "pis nəticələr doğuracaq"ı ilə bağlı xəbərdarlıq edib.

 İranın asriran xəbər saytına istinadən məlumatına görə, H.Əmirabdullahian deyib ki, əgər Əhli-Beyt (ə) alimi Ayətullah Nəmr Baqir ən-Nəmrə edam qərarının çıxarılması ilə bağlı xəbər düzgündürsə, heç şübhəsiz bu dünya müsəlmanlarını narahat edəcək və buna etirazlarını bildirəcəklər.

Əmirabdullahian deyib ki, bu kimi hərəkətlər regionda sülh və sabitliyin yaradılması yönündə atılmış bir addım kimi hesab olunmayacaq.

Xatırladaq ki, oktyabrın 14-də Səudiyyə rejim məhkəməsi Şeyx Nəmr haqqında edam qərarı qəbul edib. Ali-Səud rejimi tərəfindən həbsdə saxlanılan ruhaninin qardaşı Məhəmməd Ən-Nəmr bu faktı təsdiq edib və deyib ki, məhkəmə qərarından apelyasiya şikayəti veriləcək.

Ayətullah Şeyx Nəmr Səudiyyə Ərəbistanı şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixində Səud rejimi tərəfindən həbs edilib.

Səudiyyə Ərəbistanı rejiminin bu istəyi yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları yayıblar.
İran xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian Səudiyyə Ərəbistanında yaşayan Əhli-Beyt (ə) alimi Ayətullah Nəmr Baqir ən-Nəmrin edam edilməsinin "pis nəticələr doğuracaq"ı ilə bağlı xəbərdarlıq edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap