header

 Mübariz Qurbanlı Xəzər rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib - FOTOSESSİYA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xəzər rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xəzər rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.

DQİDK-dən  FaktXəbər-ə verilən məlumata görə, tədbirdə çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bildirib ki, belə görüşlər dövlət-din arasında mövcud sıx münasibətlərin daha da inkişaf etməsinə xidmət edir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov isə rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.

Daha sonra çıxış edən M.Qurbanlı bildirib ki, Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir: “Ölkədə dünyəvilik konstitusiyada öz əksini tapıb və bununla yanaşı, “Dini etiqad azadlığı” haqqında qanun da qəbul edilib. Bu qanun da cəmiyyətimizdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri nizamlayır. DQİDK-nin təsis olunmasının başlıca məqsədi dövlət-din münasibətləri, o cümlədən dini icmaların fəaliyyətini nizamlamaqdan ibarətdir. Burda bir incə məqam var. Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir. Hesab edirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir”.

Çıxış edən din xadimləri son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini söyləyiblər.

Sonda M.Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri rayon ərazisində yerləşən “Mir Mövsüm ağa” ziyarətgahında olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xəzər rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap