header

 Tale Bağırov da karserə salındı

Tanınmış ilahiyyatçı alim, vicdan məhbusu Tale Bağırov 12 saylı Cəza Çəkmə Müəssisəsində karsa salınıb

Tanınmış ilahiyyatçı alim, vicdan məhbusu Tale Bağırov 12 saylı Cəza Çəkmə Müəssisəsində karsa salınıb. İlahiyyatçının hansı səbəb üzündən kars salınması isə bilinmir. Bu barədə Tale Bağırovun yaxınları məlumat veriblər. 
 
Vəkil Cavad Cavadov bildirib ki, bu barədə onda hər hansı bir məlumat yoxdur: "Yəqin ki, yalnız birinci gün Tale Bağırzadə ilə yanına gedə biləcəm. Çünki bu gün artıq getsəm gec olar. Sabah və bazar günü qeyri-iş günü olduğundan yalnız bazar ertəsi Tale Bağırovun yanına gedə biləcəm.”
 
Qeyd edək ki, məsələ ilə bağlı Penitensiar Xidmətin Mətbuat xidməti ilə əlaqə saxlamağa lüzum görmədik. Səbəb isə bundan öncə də eyni məsələ ilə bağlı bir neçə dəfə Penitensiar Xidmətlə əlaqə saxlamaq cəhdlərimizin uğursuz olması ilə bağlı idi. Belə ki, qurumdan bildirmişdilər ki, qanunvericiliklə hər hansı bir məhbusun intizam cəzasına cəlb olunması ilə bağlı məlumat yalnız onun yaxınlarına verilə bilər. Bu barədə mediaya açıqlama vermək səlahiyyətimiz yoxdur.  
 
Onu da xatırladaq ki, hazırda həbsdə olan digər ilahiyyatçı alimlər AİP lideri Mövsüm Səmədov və mübariz ruhani Abgül Süleymanov da neçə gündür ki, karserdədilər. Ölkədə ictimaiyyəti ruhanilərlə bağlı baş verənləri sırf siyasi sifariş hesab edirlər.
Tanınmış ilahiyyatçı alim, vicdan məhbusu Tale Bağırov 12 saylı Cəza Çəkmə Müəssisəsində karsa salınıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap