header

 Polislər çaysatan qadını boğaza yığdı, o da boğazını kəsdi - FOTO

Səməd Vurğun bağında yaşlı qadın damarlarını doğrayıb. Polisin çay satmağa icazə vermədiyi qadın özünə stəkanın qırığı ilə xəsarət yetirib. Hadisə bir neçə dəqiqə əvvəl virtualaz.org saytının müxbirinin gözü önündə baş verib.

Müxbirimiz xəbər verir ki, polislər küçə ticarətinin qadağan edildiyini əsas gətirərək avtobus dayanacağında əsasən marşrut sürücülərinə çay və şirniyyat satan yaşlı qadını ərazidən uzaqlaşdırmaq istəyib.
 
 
60-65 yaşlarında olan qadın isə “çörəkpulum yalnız buradan çıxır, bəs mən nə edim, necə dolanım” deyərək polislərin bu tələbinə etiraz edib. Amma polis əməkdaşları buna məhəl qoymayaraq qadını oradan zorla uzaqlaşdırmaq istəyib. Bir neçə termosdan və stəkandan ibarət “piştaxtası”nın dağıdıldığını görən qadın şüşə stəkanı sındıraraq onun qırığı ilə boğazını kəsib, başına və bədəninə əli ilə zərbələr endirməyə başlayıb.
 
Polis əməkdaşları onu sakitləşdirməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadın müayinə olunmaqdan imtina edib. Polis əməkdaşları qadını polis bölməsinə aparıb.
 
 
Qeyd edək ki, yaşlı qadın başına gələnləri müxbirimizə danışacağını desə də polislər onu patrul maşınına mindirərək apardı.
 
Hadisə şahidlərinin dediyinə görə, “Dilarə xala” deyə çağırılan bu ağbirçək qadın hər gün burada çay və şirniyyat satırmış. Qadını tanıyanlar iddia edir ki, Səməd Vurğun bağı ərazisində xidmət aparan polis əməkdaşları qadından gündəlik “haqq” alırdılar. Ancaq indi məbləği qaldırıblar. Bu gündən isə gəlib deyiblər ki, ümumiyyətlə burada nəsə satmaq olmaz. Şahidlər küçə ticarəti çoxdan qadağan edilsə də Dilarə adlı qadının burada bu günədək oturub alver etdiyini söylədirlər.
 
 
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə küçə ticarəti bu ilin yanvar ayından qadağan edilib. Bəzi rayonlarda isə hələ ki, bu qadağaya əməl edən yoxdur. Bu yaxınlarda isə Suraxanı Rayon Polis İdarəsinin rəisi küçə ticarəti məsələsi
 
ilə bağlı yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.
 
Səməd Vurğun bağında yaşlı qadın damarlarını doğrayıb. Polisin çay satmağa icazə vermədiyi qadın özünə stəkanın qırığı ilə xəsarət yetirib. Hadisə bir neçə dəqiqə əvvəl virtualaz.org saytının müxbirinin gözü önündə baş verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap