Türkiyənin İŞİD-lə şok bazarlığı üzə çıxdı
Posted on :
qafqaz
10/16/2017 12:59:32 PM
Türkiyə öz əsirləri əvəzinə radikal sələfi olan Məhəmməd Mahmudu həbsdən azad edib
Bu iddia ilə Avstriyanın "Kuryer” qəzeti çıxış edib. Məlumatda Məhəmməd
Mahmudun 19 avqust tarixində sərbəst buraxıldığı deyilib. Məhz bundan
bir ay sonra, yəni sentyabrın 20-də türk əsirlər Ankaraya təhvil
verilib. Qəzet bundan sonra Məhəmməd Mahmudun Suriyaya getdiyini
bildirib. Onun burada Əbu Usam əl-Qarib ləqəbi ilə savaşdığı deyilib.
Qeyd
edək ki, Məhəmməd Mahmud 2003-cü ildə İraqda Əl-Qaidə düşərgəsində
təlim keçib. O, 2013-cü ilin martında Türkiyənin Hatay vilayətində həbs
edilib