header

 Avropa Parlamentində “Dağlıq Qarabağ qrupu” fəaliyyətə başladı

Qrup “Ermənistanin Avropadakı dostları” tərəfindən yaradılıb

PanARMENIAN.Net saytının yaydığı xəbərdə deyilir ki, oktyabrın 15-də Avropa Parlamentində fəaliyyətdə olan “Ermənistanın Avropadakı dostları” tərəfindən “Dağlıq Qarabağ qrupu”nun təqdimatı olub.

Bu qrup Avropa dəyərlərinin Qarabağ ərazisində yayılmasına yardım edəcək. Ərazidə vətəndaş cəmiyyətinin və demokratiyanın inkişafına təkan verəcək. 

Agentlik bildirir ki, bəzi deputatlar elan olunmuş qrupa daxil olmağa hazır olduqlarını bəyan ediblər. Bu qrupa isə Avropa Demokratlar Partiyasından Frank Enqel rəhbərlik edir.

Qrup Avropanın siyasi mərkəzləri ilə Dağlıq Qarabağ arasında əlaqələri gücləndirməyə çalışacaq. Qeyri-rəsmi şəkildə isə qrup Dağlıq Qarabağın müxtəlif səviyyəli tədbirlərdə iştirakına yardım etmək fikrindədir. Avropa Parlamentində elə düşünürlər ki, qrup Avropanı təmsil edən məmurların Dağlıq Qarabağa səfərlərin təşkil edəcək. Bundan başqa bu qrupun Minsk qrupunun işinə yardım edəcəyi vurğulanır. 

Qrupun rəhbəri Frank Enqel bildirib ki, çoxlarının xəbərsiz olmasına baxmayaraq, Dağlıq Qarabağ demokratik respublikadır. 

Avtomatik olaraq, aydın olur ki, Ermənistanın Avropadakı dostları bu hərəkətləri ilə Azərbaycana düşmənçilik etmiş olurlar. Şübhəsiz ki, rəsmiBakı bu olaya münasibət bildirəcək
Qrup “Ermənistanin Avropadakı dostları” tərəfindən yaradılıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap