header

 “Təzyiqlərə qarşı mübarizəmizi dayandırmamalıyıq”

Son günlər Azərbaycan həbsxanalarında siyasi dustaqlara qarşı təzyiqlərin güclənməsi cəmiyyətdə böyük narazılığa səbəb olub

Son günlər Azərbaycan həbsxanalarında siyasi dustaqlara qarşı təzyiqlərin güclənməsi cəmiyyətdə böyük narazılığa səbəb olub. Xüsusilə, AİP sədri Mömsüm Səmədovun 11 saylı cəzaçəkmə müəssisəsindən daha ağır şəraiti olan 12 saylı həbsxanaya göndərilməsi və onun ilk gündən etibarən davamlı “karsda” saxlanılması, sonradan isə ağır şəraitli Qobustan qapalı həbsxanasına göndərilməsi ilə bağlı məhkəmənin çıxardığı qərar ölkənin inanclı kəsimi,  ziyalılar tərəfindən qınaqla qarşılanıb.

 İslaminsesi.org saytı bu məsələ ilə əlaqədar siyasət və dini xadimlərinin mövqeyini öyrənərək oxuculara çatdırır. Növbəti müsahibimiz eks bas nazir, AXP üzvü Pəhah Hüseyndir.  

 -Sizcə son zamanlar siyasi məhkumlara, o cümlədən, AİP sədri Mövsüm Səmədova qarşı təzyiqlərin güclənməsi hansı səbəblərdən irəli gəlir?

 -Bildiyiniz kimi, hazırda Azərbaycan həbsxanalarında haqsız yerə həbs olunan  100-dən artıq siyasi və vicdan məhbusu var.  Onların bir çoxuna, o cümlədən Mövsüm Səmədova, Leyla Yunusa,İntiqam Əliyevə və daha bir neçə nəfərə qarşı ədalətsiz davranış nümayiş etdirilir.

 

 Bu insanların saxlanma şəraitinin ağır olması və üstəlik də Mövsüm Səmədovun dəfələrlə karsa salınması, qapalı həbsxanaya göndərilməsi haqda qərar çıxarılması və digər baş verən xoşagəlməz hallar repressiyaların güclənməsindən xəbər verir.

 

Əlbəttə bu barədə bir sıra etiraz aksiyaları, tədbirlər həyata keçirilib. Şübhəsiz ki, bu təzyiqlər ictimaiyyət tərəfindən pislənilir və aradan qaldırılmalıdır. Bunun üçün mübarizə metodları gücləndirilməlidir.

 

İlahə 

Son günlər Azərbaycan həbsxanalarında siyasi dustaqlara qarşı təzyiqlərin güclənməsi cəmiyyətdə böyük narazılığa səbəb olub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap