header

 “Financial Times” Türkiyənin İŞİD hərəkətsizliyini qınadı

“İŞİD-i İslam dinini təmsil edə bilməz”

“Bir zamanlar içərisindəki gərginliklərə baxmayaraq Yaxın Şərq o sıradan ərəb dünyası üçün sabitlik qaynağı, yumşaq və modern İslamın yol göstəricisi olan Türkiyə artıq bu mövqeyini itirib”.

Bu sözlər “Financial Times”ın son sayında Türkiyə və yaxın coğrafiyada gedən proseslər haqqında məqalədəndir.

Qəzet yazır ki, öz daxilidə sabitliyi bərpa etmək üçün Türkiyənin indiki kürd liderlərlə anlaşa bilər:

“Bu yay prezidentlik postuna yüksəlmədən öncə 10 il Türkiyəyə baş nazir olaraq hökm edən Rəcəb Tayyib Ərdoğan ölkəsinin böhrana girməsi riskini gözə alaraq Türkiyənin gərgin kürd əhalisinə verdiyi barış vədini torpağa gömür. Bir neçə gün öncə İŞİD Suriyanın Kobani şəhərini mühasirəyə alanda bu siyasət aydın göründü. İŞİD sərhəd kəndlərdəki kürdləri öldürmək üçün hərəkətə keçəndə Türkiyə tankları yerindən tərpənmədi. Bu durum Türkiyə kürdlərini özündən çıxarıb”.

“Financial Times” iddia edir ki, Kobani şəhərinə hücumdan sonra Türkiyənin hərəkətsizliyi 18 ay öncə PKK ilə atəşkəs anlaşması üçün də ciddi təhlükədir:

“Başlanğıcda Rəcəb Tayyib Ərdoğan kürdlərə bəlli bir mərhələyə qədər muxtariyyət verməyə hazır idi. Türkiyə eyni zamanda Şimali İraqdakı yarımüstəqil kürd yönətimi ilə quzey Suriyadakı kürd bölgələrini öz təsir dairəsinə salmaq istəyirdi. Ötən il Türkiyənin NATO-dakı müttəfiqləri bu addımın Suriya və İraqın ərazi bütövlüyü üçün təhlükəyə çevriləcəyindən rahatsızlıqlarını bildirmişdirlər. 2014-cü ildə hər iki ölkənin parçalanması, sərhədin o tayında İŞİD-in ortaya çıxaraq boşluq yaratması NATO ölkələrinin Türkiyədən kürdlərə dəstək verərək sabitliyi təmin etmək tələblərinin səslənməsin səbəb olub”.

“Financial Times”a görə, Türkiyə kürd problemi olduğunu “cəsarətlə” etiraf edəndən xeyli öncə türklər indiki kürd liderlərin Ankaranın bu problemi çözmək danışıqlar apara biləcəyi son nəsil olduğunu anlayırdılar:“Bütün kürdlər, o sıradan İraqdakı kürd liderlər sabitliyi qorumaq üçün Türkiyənin barış təklifini dəstəkləməyə çalışır. Liderlər dərk edir ki, bunun alternativi ümidsiz bir boşluqdur”.

İŞİD məsələsi son aylar ABŞ-ın gündəmindən düşmür. Siyasilərin çıxışlarında, qəzetlərin manşetlərində İŞİD hər gün var. ABŞ dövlət katibi Con Kerri də son yazılı açıqlamasında  İŞİD-dən söz açıb. Birləşmiş Ştatların xarici siyasət idarəsinin başçısı deyib ki, İraqda, Suriyada terror küləkləri əsdirən İŞİD İslam düşməni olan terror qurumudur.

İŞİD-in yezidiləri əsir aldıqdan sonra qadınları cariyə, kişiləri kölə kimi istifadə edib satdığı haqqında xəbərlərdən sonra açıqlama verməyi gərəkli saydığını vurğulayan Con Kerri insanlığın bu nöqtəyə gəlməsindən təəssüf hissi keçirdiyini bildirib:

“İŞİD-in nə qədər əxlaqsız və şeytani davrandığını yada salmağa ehtiyac yoxdur. İŞİD-in qadın və qızları qaçırmaq, əsir almaq, zorlamaq, zorla evləndirmək kimi hərəkətlərindən qürur duyması, 12 yaşlı qızlara qarşı əxlaqsız hərəkətləri din adına çıxması insanlığa utancdır. İŞİD İslam dinini təmsil etmir. İslam dini belə bir əxlaqsızlığa göz yuma bilməz. Onların hərəkəti göstərir ki, İŞİD İslam düşmənidir. Çeşidli dinləri təmsil edən liderlər, beynəlxalq birlik İŞİD-in qadın və uşaqlara qarşı fiziki və cinsi zorakılıq, azadlığın məhdudlaşdırılması, məcburi boyun əydirmə kimi qorxunc hərəkətlərini qınamaqdadır”.

“İŞİD-i İslam dinini təmsil edə bilməz”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap