header

 Vəhhabi şeyxdən şok fətva: Qadın və qızları satmaq halaldır

Saleh əl-Fovzan yenə gülünc fətva verib




“Ərdəbil Məhde Təşəyyo”-ın “On4haber”-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanlı vəhhabi şeyx Saleh əl-Fovzan növbəti dəfə şok fətva verib.

Belə ki, ABŞ, İsrail və İŞİD-ə dəstək fətvaları ilə tanınan Səudiyyə Ali Alimlər Şurasının üzvü  Saleh əl-Fovzan təkfirçi İŞİD terrorçularının iraqlı qadın və qızları bazarlarda qul kimi satması barədə fətva verərək, bu işin halal olduğunu deyib.

Saleh əl-Fovzan yayınlanan videoda söyləyib ki, “İŞİD-in iraqlı qadın və qızları alıb-satması halaldır və şəri baxımdan heç bir problemi yoxdur.”

Qeyd edək ki, İraq İnsan Haqları Təşkilatının sözçüsü Kamil Amin İŞİD-in Sincara hücumu zamanı yezidi qadınları qaçırdaraq qul bazarlarında satdığını açıqlamışdı. Həmçinin yezidilərin nümayəndəsi Bəkir İlyas 500-ə yaxın yezidi qadın və qızların İŞİD tərəfindən qaçırıldığını, ərəb ölkələrində 5 min dollar qarşılığında varlılara satdığını deyib.
Saleh əl-Fovzan yenə gülünc fətva verib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap