header

 Bəşər Əsəd: “Türkiyə terrorçulara dəstək verir”

Suriya prezidenti Türkiyəni terrorçulara dəstək vermnəkdə ittiham etdi.

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin Suriyadan etdiyi tələb haqqında danışıb.
O, ölkədəki savaş səbəbilə evlərindən qaçan insanlar üçün Suriya ərazisində bufer zona yaradılmasını qəbul etmədiyini açıqlayıb.
Bəşər Əsədə deyib ki, Suriya ərazisinin heç bir yerində bufer zona yaradılması, həmçinin xarici qüvvələrin torpaqlarımıza xaincə müdaxilə etməsi qəbuledilməzdir:

“Suriya öz dostları ilə birlikdə milli istiqlaliyyət, sülh və ərazi bütövlüyünün qorunması üçün lazımı tədbirləri görəcək. Suriya xalqı gələcəyini və öz istəyini müəyyən etmək haqqına sahibdir. Ölkəmizin daxili işlərinə qarışılmasına imkan vermərik. Bu beynəlxalq hüququnun pozulmasıdır”.
Suriya prezidenti sözlərinə əlavə edib ki, Türkiyə hökuməti savaşın başladığı gündən etibarən sistemli şəkildə ərazi bütövlüyümüzü hədəf almağa dava edir:

“Türkiyə silahlı terror qruplaşmalarına hər cür dəstək verir, onlara sahib çıxır, təlimatlandırır, maliyyə yardımı edir və silahlandırır. 83-dən çox ölkəyə məxsus terrorçunun Türkiyə yolu ilə Suriyaya keçməsinə icazə veriblər”.
Suriya prezidenti Türkiyəni terrorçulara dəstək vermnəkdə ittiham etdi.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap