header

 Azərbaycanda “rəngli inqilablar”a qarşı kim mübarizə aparır?

ABŞ-ın dəstəklədiyi təşkilatların bağlanma səbəbləri və Cin Şarpın inqilab institutu

“Rəngli inqilablar”dan söhbət açmazdan öncə ABŞ-ın beyini və dünyada baş verən bütün “rəngli inqilablar”da əli olan dahi politoloq Cin Şarp barədə danışmaq məqsədəuyğun olar.
 
"Nyu-York Tayms" qəzeti yazır ki, bu politoluqun xarici görünüşünə baxdıqda, heç vaxt onun nə dərəcədə təhlükəli olduğunu anlamaq olmaz. Şarpın  özünəməxsus hökümət dəyişikliyi ilə bağlı olan “Diktaturadan demokratiyaya”  kitabı 26 dilə tərcümə edilərək, milyonlarla insanların ixtiyarına  verilib. Xüsusi populyarlığı isə onun “Fəaliyyət üçün 198 qeyri-zorakı metod” əsəri qazandı. Orada hər hansı bir ölkədə dinc həyatı etirazlar xaosuna çevirməyin necəliyi barədə məsləhətlər verilir. Cin Şarpın və Albert Enşteyn İnstitutunun hazırladığı mütəxəssislər Qahirəyə gedərək orada inqilabçılara dərs keçirdi. Şapın özü isə Misirdə baş verən hadisələri Bostondakı villasından izləyirdi.
 
 
Cin Şarp Albert Enşteyn İnstitutunu 1983-ci ildə yaradıb. Onun ilk böyük işlərindən biri Yuqoslaviya prezidenti Slobodan Miloşeviçin devrilməsi olub. Bu gün 1999-ci ilin aksiya iştirakşıları etiraf edirlər ki, Yuqoslaviya prezidentinin devrilməsində əsas rolu ABŞ oynayıb. “Vaşınqton post” qəzeti yazır ki, ABŞ Departamenti Şarpın ideyasını Yuqoslaviyada məmnuniyyətlə icra edirdi.
 
Cin Şarp İsrail ordusunun polkovniki ilə birgə Fələstinə qarşı psixoloji müharibənin aparılmasına rəhbərlik edib. Enşteyn İnstitutunun rəhbərinin xusiyyətlərindən biri budur ki, hansı ölkəyə getsə, orada mütləq inqilab olmalı idi. Necə ki, o, öz köməkçisi Cenkins ilə birlikdə Pekinə gedəndə iki həftədən sonra 1989-ci ildə Pekinin Tyananmyen kücəsində qanlı iğtişaşlar başlayıb. Şarp və onun köməkçisi iğtişaşlar zamanı ölkədən deportasiya edilib.
 
Enşteyn İnstitutunun İdarə Heyətinin üzvləri belə həlledici tarıxı məqamlarda MKİ-nin məsləhətçiləri olurdu. Onlar birləşmiş Ştatlarının kəşfiyyat idərəsinə xalq üsyanlarını hazırlamaqda kömək edirdi.
 
1990-ci ildə Cin Şarp Litva siyasətçilərinə Sovet qoşunlarına qarşı müqavimət hərəkatının necə yaradılmasını öyrətmək üçün İsveçə yola düşür.
 
Məhz Eynşteyn İnstitutunun tövsiyəsi ilə  2003-cu ilin sentyabrında Gürcüstan müxalifəti seçkilərin nəticələrini qəbul etmədi və “Qızılgül inqilabı”na başladı. Şarpın hazırladığı texnologiya klassik oldu. Onun ideyasına əsasən müxalifət seçkilərin saxta olduğunu bəyan etdi və kütləni küçələrə tökərək, etiraza başladı.
 
2004-ci ildə Ukraynada “Narıncı inqilab” zamanı Albert Enşteyn İnstitutunun emissarları yenidən ərsəyə gələrək və orada güclü maliyyə dəstəyi ilə müxalifət fəallarının hazırlığına başladı. Ukraynanın “Pora” gənclər hərəkatının liderlərindən olan Oleq Kiriyenko etiraf etdi ki, onun təşkilatının “İncil”i məhz Cin Şarpın kitabı  olub.
 
Həmçinin “Wall Street Journal” yazır ki, Rusiyada Manej meydanındakı iğtişaşlarda da məhz Şarpın əli olub. 
 
Misir inqilabını da unutmaq lazım deyil. Orada Cin Şarpın və onun  MKİ və Ag Evindəki havadarlarının əli var idi. Misirli müxalif gənclərinin liderləri tez-tez Serbiyaya səfər edərək, orada Enşteyn İnstitutun üzvlərindən müxtəlif tapşırıqlar alırdı.
 
Qeyd edək ki, həmin zaman onlara dərs deyənlər, Serbiyada Miloşeviçin “qeyri-zorakı yolla” devirməsi planını hazırlayanlar idi.
 
ABŞ kəşfiyyatı Cin Şarpın ideyasını icra etmək üçün Qətərdə “Dəyişiklik akademiyası”nı yaradır. Həmin akademiya Misirdə ordunun müvəqqəti olaraq hakimiyyəti ələ keçirməyini təmin etməli idi. Çünki ABŞ Misir ordusunun  hakimiyyətə Qərbin adamını gətirəcəyininə inanırdı. Bir sözlə, “Ərəb baharı” Enşteyn İnstitutunun rəhbəri Cin Şarpın ideyasıdır.
 
ABŞ  dahi hesab etdiyi Cin Şarpın vasitəsilə “rəngli inqilab”ın alovunu MDB ölkələrinə də keçirmək istəyirdi. Lakin bunun icrası onların düşündüyü qədər asan olmadı. MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinin Minskdə keçirdiyi toplantını yada salaq. Toplantıda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri, general Aleksandr Bortnikov olduqca maraqlı bir bəyanatla çıxış etdi. Onun sözləri bu cür idi: “FTX MDB ölkələrində hakimiyyətləri devirmək niyyətində olan qüvvələrin varlığını bilir və bu yöndə xüsusi xidmət orqanları sərt addımlar atacaq. Destruktiv qüvvələrin bu ölkələrdə vəziyyəti qarışdırmağa yönələn səyləri yolverilməzdir. Biz bu səylərin qarşısını almaq üçün qanun çərçivəsində, ancaq olduqca sərt hərəkət edəcəyik ki, destruktiv qüvvələrin bizim ölkələrimizdə vəziyyətə təsir etməsinə imkan verməyək”.
 
FTX rəhbəri həmçinin əlavə etmişdi ki, onlar bu istiqamətdə real niyyətlərin şahididirlər və mövcud informasiya xüsusi xidmət orqanlarını reaksiya verməyə, səyləri birləşdirməyə, o cümlədən, informasiya mübadiləsinə məcbur edir.
 
A.Bortnikov bildirib ki, bu cür qüvvələr qeyri-leqal fəaliyyət göstərirlər: “Onlar Qərbin müvafiq qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşirlər və bu təşkilatlar MDB ölkələrinin ərazisində də mövcuddur.”
 
Bu bəyanatdan sonra belə bir qənaətə gəlmək olar ki, FTX Azərbaycan da daxil olmaqla MDB respublikalarında Qərbdən (daha dəqiq desək əvəzolunmaz Cin Şarp, onun yaratdığı Enşteyn İnstitutu və onun MKİ komandası tərəfindən) dəstəklənən “rəngli inqilablar” yolu ilə hakimiyyətləri ələ keçirmək cəhdlərinə qarşı mübarizənin önündə gedir.
 
Həmçinin FTX rəhbərinin sözlərinə diqqət yetidrikdə asan şəkildə görünən odur ki, MDB respublikaları Qərbin inqilab ixracı planlarına qarşı mübarizədə Rusiya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edirlər.
 
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən MDB iştirakçı dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XIII iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Mahmudov isə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri tərəfindən təhlükə barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını qeyd etmişdi: “Terrorçuluq, eləcə də onu doğuran təzahürlər, o cümlədən ekstremist və kriminal strukturlar dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhdidlərdir.”
 
Son zamanlar Azərbaycanda fəaliyyəti dayandırılan Qərb təşkilatlarının əlaqələrinə də diqqət etsək, mənzərə bir qədər də aydınlaşmış olur. Belə ki, ABŞ-ın Azərbaycandakı  keçmiş səfiri Riçard Morninqstar da məşhur “Maydan” söhbətində bəzi məqamları bilərəkdən və ya bilməyərəkdən açıqlamışdı. Məhz bundan sonra Qərbdən maliyyələşən QHT-lərə qarşı əməliyyatlar başladıldı və onlardan bəzilərinin rəhbərləri həbs olundu, bir neçəsi isə hələ də axtarışdadır.
 
 
Unutmaq lazım deyil ki, Qərbin həyata keçirdiyi inqilab ssenarilərində daim qeyri-qanuni silahlı dəstələrdən də xaos yaratmaq və dağıdıcılıq üçün aktiv istifadə olunur. Buna misal olaraq Liviya və Misirdə baş verən inqilablarda yerli xalq adı ilə qarşıdurma yaradanları, Suriyada “Azad Suriya Ordusu” adı altında terror əsdirənləri, sonradan İraq hökumətini təhdid edən İŞİD-çiləri göstərmək olar. Hansı ki, həmin terror qruplarının Qərbin nəzarəti altında olduğuna artıq heç bir şübhə yeri qalmayıb. Bu silahlı dəstələrin sırasında Azərbaycan vətəndaşlarının varlığı, onların ölkəmizdə də real təhlükə mənbəyi olmasının göstəricisidir. Amma təhlükəsizlik orqanlarının keçirdiyi son əməliyyatlar nəticəsində belə şəxslərdən bir qrupunun saxlanılması onu göstərir ki, Azərbaycan hökuməti özü də hadisələri dəqiq və dərindən analiz edir.
ABŞ-ın dəstəklədiyi təşkilatların bağlanma səbəbləri və Cin Şarpın inqilab institutu
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap