header

 Məddahlara məktub

Höccətülislam Qəraətinin məddahlara məktubu

Bismillahir-Rəhmanir-Rəhim
Əssəlamu ələykə ya Əba Əbdillah. Hüseyn (ə) qəhrəmanlıq dastanının yaradıcısı və davamçısı olan vaizlər və məddahlar! Salamun ələykum! Siz təbliğatçılara Quran və rəvayətlərdən bir neçə zəruri nöqtə xatırladacağam.
Vəhabi düşüncəsinin əksinə olaraq şadlıq və əzadarlıq bidət, dində yenilikçilik deyil, Qurani-Kərimdə zülmə düşənlərə həmdərdlik yer alıb. Qurani-Kərimdə buyurulur ki, kiçik qızları hansı günahına görə diri-diri torpağa basdırırsınız?! Qiyamətdə veriləcək bu sual müşrik övladının məruz qaldığı zülmə etirazdır. Çünki qız övladları torpağa diri-diri basdıran müşriklər idi. Büruc surəsində buyurulur ki, möminləri hansı günahına görə odda yandırdılar?! Demək, məzlumiyyəti bəyan etmək, insanın düçar olduğu zülmdən danışmaq Quranda var və bidət deyil.
Əhli-Beyt (ə) məktəbi sayəsində Aşura hər il daha artıq rövnəqlə keçirilir. İmam Hüseyn (ə) və səhabələrinin qanı dini yer üzünə yaymalıdır. Həzrət Peyğəmbər (s) buyurur ki, mən Hüseyndənəm. Bu o deməkdir ki, İslam məktəbi İmam Hüseynin (ə) qanı sayəsində yaşayacaq.
Peyğəmbər (s) məktəbində ən əsas məsələ təqvadır. Əzadarlıqlarımız bütün günahlardan uzaq olmalıdır. Peyğəmbər (s) məktəbində yalan və şişirtməyə yer yoxdur. Əzadarlıqlarımızda da bu şərtləri gözləməliyik. Peyğəmbər (s) məktəbində düşüncə və duyğular, məntiq və eşq yanaşıdır. Əzadarlıqlarımız belə olmalıdır.
Biz Allahın və xalqın haqqına riayət etməliyik. Namaz ilahi əhd və haqdır. Son illər İranda əzadarlıq mərasimlərində vaxtı çatan zaman bazar və meydanların ortasında namaz qılınır. Cənab Rəhbər buna görə təşəkkür etdib.
İmam Hüseyn (ə) namazını xeymədə qıla biləcəyi halda düşmən qoşunu qarşısında cəmiyyətlə, özü də göydən ox yağan vəziyyətdə qıldı. Bu bizə bir göstəriş idi ki, namaza ciddi yanaşaq. Bilirsiniz ki, İmam Hüseynin (ə) kəsili başı da Quran zümzümə edirdi. Bütün bunlarda ümmətə göstərişlər var.
Həzrət Zəhranın (sə) xütbələrində həzrət Əlinin (ə), həzrət Zeynəbin xütbələrində İmam Hüseynin (ə) müdafiəsi üçün çoxsaylı ayələrlə rastlaşırıq. Bizə öyrədilir ki, hərəkat, oyanış, yanqı Quran ayələri ilə olmalıdır.
Peyğəmbər (s) məktəbində əxlaq və vəhdət mühüm mövzulardır. Əzadarlıqda təfriqə yaradan, qəlb qıran, ayrıseçkiliyə səbəb olan, əzadarlığa qatılanlara toxuna bilən rəftarlara yol verməməliyik. Yaxşı bilirsiniz ki, səmimi göz yaşları, dini hökmlərə diqqətlə yanaşı olduqla fərd və cəmiyyəti necə dəyişir.
Heç bir kitab, film, təbliğat vasitəsi insanları Nyu-York küçələrində namaz qılmağa sövq edə bilməz. Amma neçə ildir ki, Amerika şiələri Aşura günü günorta namazını küçə və meydanlarda qılırlar. Bəli, İmam Hüseynin (ə) əzəməti onun əzadarlığına elə bir təsir verib ki, bütün yer üzü bu təsir altındadır.
Aşura dastanı insanları dini hökmlə tanış edən zəmin olmalıdır. Hədisdə oxuyuruq ki, İmam Hüseynin (ə) və yaxınlarının müsibətinin zikri dinə həyat verir. Yəni əzadarlıq sayəsində namaz, oruc, xüms-zəkat dirçəlməlidir.
İmam Sadiq (ə) şəhadətindən öncə buyurub: “Namaz puça çıxarılsa, ona yüngül yanaşılsa, Əhli-Beytin (ə) şəfaəti əldə olunmaz. Əzadarlıqlar ya namazla başlamalı, ya da namazla başa çatmalıdır. Əzadarlıq məclislərində insanlar Quran vasitəsi ilə dini tanımalı, hökmlərlə tanış olmalıdırlar. Hər əzadarlıq məclisində Qurandan ayə təfsir edilsin, Nəhcül-bəlağədən bir hikmət bəyan olunsun.
Çalışaq ki, minbər və məddahlıqlarda şer-ədəbiyyatdan çox Quran və hədisə yer verilsin.
Özünüz bilirsiniz ki, rəqabət, özünügöstərmək, israf, yolu bağlamaq, ayrıseçkilik salmaq, namaz vaxtına fikir verməmək əzadarlığın qiyamət azuqəsi olmasına imkan vermir. Allah-Taala buyurur ki, təqva nə qədər çox olsa, mükafat da o qədər çox olar.
Allahın salam-salavatı olsun o kəslərə ki, bizi Quran və Əhli-Beytlə (ə) tanış edirlər. Salam olsun sizlərə ki, minbərlərdə və məddahlıqlarda xüsusi ilə gənc nəsli Əhli-Beyt (ə) məntiqi və qəhrəmanlıqları ilə tanış edirsiniz.

Höccətülislam Qəraətinin məddahlara məktubu
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap