header

 Dindarlara qarşı təzyiqlər bütün ölkə boyu aparılır

Bu təzyiqlər saxta ittihamlarla həbs edilmiş islamçılarla yanaşı, AİP-in rayon komitə sədrlərinə qarşı da eyni sərtliklə həyata keçirilir.

Son illər cəmiyyətin inanclı kəsiminə qarşı aqressiyaların gücləndiyi müşahidə edilməkdədir. Bu təzyiqlər saxta ittihamlarla həbs edilmiş islamçılarla yanaşı, AİP-in rayon komitə sədrlərinə qarşı da eyni sərtliklə həyata keçirilir.

Bir necə ay bundan əvvəl partiyanın Astara rayon komitəsinin sədrinə qarşı həyata keçirilmiş təxribat nəticəsində Famil Şükürov da yalançı şahidlərdən istifadə olunmaqla 2 il həbs cəzasına məhkum edilib.

Ərdəbil Məhde Təşəyyo saytının AİP mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,  partiyanın Qazax rayon komitə sədri Rəşad Ələkbərova qarşı polislər tərəfindən təzyiqlər olub. Komitə sədrinin evinə iki polis gələrək onu təhqir edib, hədə-qorxu gəliblər. Kərbəlayi Rəşada səbəb göstərilmədən təcili rayonu tərk etmək əmr olunub.

 Görəsən Qazax rayon polis idarəsində Azərbaycanda 20 ildən artıqdır hüquqi dövlət qurulduğunu və vətəndaş cəmiyyətinin yarandığını bilirlər yoxsa 37-ci ildə olduqlarını güman edirlər. Görəsən hörmətli nazirimiz cənab Usubovun Qazax polislərinin bu özbaşınalığından xəbəri var yoxsa bu, sədəcə bir “özfəaliyyətdir”? 

 Maraqlıdır, sonra növbə kimindir?

Bu təzyiqlər saxta ittihamlarla həbs edilmiş islamçılarla yanaşı, AİP-in rayon komitə sədrlərinə qarşı da eyni sərtliklə həyata keçirilir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap