header

 Ermənistanda nə baş verir?

Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalında müstəqil erməni jurnalisti Arevik Saakyanın “Ermənistanda kənd məktəbləri qürub edir” sərlövhəli məqaləsi dərc olunub.

Ermənistanın orta məktəblərində təhsilin vəziyyətindən söhbət açan jurnalist bu sahədə acınacaqlı vəziyyətin yarandığını diqqətə çatdırıb.

Müəllif bildirib ki, Ermənistanın elm və təhsil naziri yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində təhsil sahəsində problemlərin həll olunduğunu bildirsə də, son dörd ildə onlarla kənd məktəbinin bağlanması onun dediklərini şübhə altına alır.

Ermənistanın kənd yerlərində orta məktəblərin bağlanmasının əsas səbəbini işləmək üçün ölkəni tərk edənlərin hesabına kəndlərin sürətlə boşalmasında görən müəllif bu ölkənin Dövlət Miqrasiya Xidmətinin məlumatına istinad etməklə 900 min - 1 milyon erməninin xarici ölkələrə köçdüyünü, onların əksəriyyətinin getdikləri ölkələrdə həmişəlik məskunlaşdıqlarını diqqətə çatdırıb.

İqtisadiyyatı sürtələ tənəzzülə uğrayan, işsizliyin tüğyan etdiyi və məmurları bir nəfər kimi korrupsiyaya qurşanan Ermənistanda 2008-2013-cü illərdə 212 min əmək qabiliyyətli insanın ölkəni tərk etdiyi və əhalisi üç milyondan az olan bir ölkə üçün bunun çox ağır olduğu vurğulanan məqalədə belə vəziyyətin orta məktəblərin fəaliyyətinə ciddi təsir edən amil olduğu bildirilib.

Məqalədə əksər kəndlərdə orta məktəblərin bağlanması səbəbindən kənddə qalan və məktəb yaşı çatan bir neçə uşağın qonşu kənddəki məktəbə getməyə məcbur olması qeyd edilib.

Araqtsyan regionunun Otevan kənd bələdiyyəsinin rəhbəri jurnalistlə söhbətində bildirib ki, kənddəki orta məktəb keçən il bağlanıb. Valideynlər iş axtarmaq üçün başqa yerə getdiklərindən kənddə məktəb yaşlı bir uşaq da qalmayıb. Kəndi tərk edənlərdən geri qayıtmağı dəfələrlə tələb etsək də, heç bir nəticə alınmayıb.

Şirak rayonunun Kakavar kənd bələdiyyəsinin rəhbəri kənd məktəbinin bağlanmasının qarşısını almaq üçün qonşu kənddə qalan bir neçə ailənin onların kəndinə köçmələri barədə xahişi də cavabsız qalıb.

Müəllif sovet dövründə 330 şagirdin təhsil aldığı Tavuş rayonunun Barekamavan kənd orta məktəbində 25 uşağın, həmin vaxt 1200 şagirdin oxuduğu Movses kənd məktəbində isə 100-dən az uşağın qaldığını bildirib.

Nazirliyin ümumi təhsil şöbəsinin müdiri uşaq doğumunun azalmasını kənd yerlərində məktəblərin bağlanmasına əsas səbəb kimi göstərsə də, məqalədə bunun bəhanə olduğu qeyd edilib.

Bildirilib ki, erməni məmurların bu cür bəhanə gətirmələri əslində riyakarlıq olmaqla yanaşı, ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.
Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalında müstəqil erməni jurnalisti Arevik Saakyanın “Ermənistanda kənd məktəbləri qürub edir” sərlövhəli məqaləsi dərc olunub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap