Maaş ala bilməyən fəhlələr aksiya keçirir
Posted on :
qafqaz
10/16/2017 12:59:32 PM
Milli Olimpiya Stadionunda işləyən fəhlələr aksiya keçirir.
M.Qəhrəmanlı bildirib ki, stadionun
tikintisində iştirak edən podratçı şirkət "OKR Mühendislik İnşaat
Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi"
Azərbaycandakı filialı işçilərin maaşını vermir. Fəhlələr də buna etiraz
olaraq işi dayandırıb. Hazırda aksiya davam edir.
"İşçilәr
bu gün sәhәr saat 08:00-da sentyabr ayının әmәk haqqının verilmәmәsinә
görә işlәrini dayandırıblar. Şirkәt hal-hazırda yeni tikilәn Bakı
Olimpiya stadionunda fәaliyyәt göstәrir. Aksiya davam edir. Müdiriyyət
isə işçiləri işdən qovmaqla hədələyir"- deyə M.Qəhrəmanlı öz facebook
səhifəsində yazıb.
Təşkilat rəhbəri qeyd edib ki,
AƏM-nin 172-ci maddəsinin 5-ci maddəsinə görə hər gecikdirilmiş gün üçün
işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir./virtualaz/