Mövsüm Səmədovun apelyasiya şikayəti hazırdır
Posted on : qafqaz 10/16/2017 12:59:32 PM
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun işindən apellyasiya şikayəti hazırdır
Vəkil Anar Qasımlı oktyabrın 14-də bildirib ki, qərardan apellyasiya şikayəti hazırlanıb və bu həftə təqdim olunacaq.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, şərlənərək hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib