header

 HACIMÖHSÜM SƏMƏDOV: AZƏRBAYCAN XALQININ QEYRƏT VƏ MÜQAVİMƏT SİMVOLU

Hacımöhsüm Səmədov indiyə kimi müxtəlif fiziki və psixi işkəncələrə məruz qalmışdır. Lakin inqilabçı iman və təqvasına görə hələ də müqavimət göstərir və öz inam və etiqadını müdafiə edir.

Ərdəbil məhdi-təşəyyö təşkilatının raportuna əsasən Hacımöhsüm Səmədov islam partiyasının rəhbəridir. O, bu partiyanın illər boyu din və şiə dəyərlərinin hakimiyyəti uğrunda, zülm və haqsızlığa qarşı mübarizənin varisidir. Islam partiyasının təsisçisi və Bakı rejiminin işkəncə və həbsinə illər boyu dözdükdən, xəstələnib 2010-cu ildə öldükdən sonra dinin müdafiəsi, hər cür zülm və yanılmalara, o cümlədən hicabsızlığa qarşı mübarizə vəzifəsi Hacımöhsüm Səmədovun üzərinə düşdü. Bu partiyanın siyasi fəaliyyətləri o cümlədən Qarabağın azadlığı, sionizmə qarşı mübarizə, dünyanın digər müsəlmanlarını, xüsusilə Fələstin müsəlmanlarını himayə etmək, Qüds günü nümayişi və Amerika imperializminin ifşa etmək kimi fəaliyyəti təqdirə layiqdir.

Iran əhalisi ilə qırılmaz tarixi və mədəni əlaqələrin möhkəmləndirilməsi də bu partiyanın siyasi və inqilabçı işlərindəndir ki, Hcımöhsüm Səmədovun danışıqlarında və bəyaniyyələrində özünü göstərir.

 Müqəddəs Qum şəhərində din təhsili alan Səmədov şiəliyin dini və inqilabçı prinsiplərini dərindən mənimsəmiş kafirlik küləyinə məruz qalmış Azərbaycan diyarında yorulmaz bir mübariz kimi fəaliyyətə məşğul oldu. Nəzərə alsaq ki, Səmədovun Azərbaycan ictimaiyyətində mövcud olan maliyyə və etik problemləri, karrupsiyanı, Əliyev ailəsinin xalqın maddi və mənəvi dəyərlərini talamasını ifşa edirdi, Bakı rejiminin qəzəbinə məruz qalması aydınlaşar. Bütün bunların şahidi olan hakimiyyət onu və bir tedad yoldaşlarını yaxaladı. Ona 65 il həbs cəzası verdilər ki, Azərbaycan xalqının ölkədə gedən zülm və fəsadın nə dərəcədə olduğunu bilməsinlər.

Hacımöhsüm Səmədov fiziki və psixi işkəncələrə məruz qalmışsa da öz imanı və inqilabçı təqvası sayəsində müqavimət göstərmiş və öz dini etiqadını müdafiə etmişdir. Onun sarsılmazlığı və həbsdə müqavimət göstərməsi səbəb olmuşdur ki, son günlərdə qeyri-istandard olan Qobustan həbsxanasına aparılsın və hətta ailəsini və vəkilini görməkdən məhrum olsun.

Insan hüququ kovensiyasının prinsiplərinə və dünya ictimaiyyətinin fikrinə zidd olan bu davranışlar Azərbaycan respublikasının və dünyanın siyasi partiyaları, dini, siyasi və ziyalı cərəyanların etirazına səbəb olmuşdur.

Bu qruplar Azərbaycan respublikasının hakimiyyətinə etiraz etməklə yanaşı Hacmöhsüm Səmədovun həbsdəki müqavimət və mübarizəsini bir mənalı şəkildə dəstəkləmişlər. Azərbaycan respublikası ruhanilər yığıncağı, islami insan hüququ komissiyası VII dairəsinin ofisi, islami koalisiya partiyası, Türkiyə müstəzəflər cəmiyyəti, din və vicdan azadlığının müdafə mərkəzinin rəisi, Azərbaycan respublikası milli və mənəvi dəyərlər yığıncağı və bir çox siyası və azadxah şəxsiyyətlər Hacımöhsüm Səmədovu dəstəklədiklərini bildirmişlər.

Ümid edirik ki, bu böyük şəxsiyyət, Azərbaycan xalqının müqavimət və dini qeyrət simvolu tezliklə Azərbaycan rejiminin qorxulu həbsxanasından azad olacaq və oz ailəsinə və vəfalı yar-yoldaşlarına qovuşacaqdır. Inşallah

Doktor Novin

Mühəqqiq Ərdəbili universitetinin professoru

Hacımöhsüm Səmədov indiyə kimi müxtəlif fiziki və psixi işkəncələrə məruz qalmışdır. Lakin inqilabçı iman və təqvasına görə hələ də müqavimət göstərir və öz inam və etiqadını müdafiə edir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap