header

 dünya müsəlman azərbaycanlılarının hüquqlarını müdafiə təşkilatı bəyanat Verdi

Ərdəbil məhdi-təşəyyö təşkilatına istinadən dünya müsəlman azərbaycanlılarının hüquqlarını müdafiə təşkilatının Azərbaycan respublikası islam partiyasının dustaq rəhbərinin insani və qanuni hüquqlarının pozulması ilə əlaqədar bəyaniyyəsini veririk:

Bismillahir-rəhmanir-rəhim

Azərbaycan respublikası şiələrinin qəhrəmanlıq tarixi şəhadət və cihad vurğunlarının mövla həzrət Əbaəbdillah Hüseyn (ə)-I rəhbər tutmaları ilə doludur.

Bu gün də respublikanın qeyrətli müsəlmanları Ali-Əba seyyidi və şəhid Şeyx Qəni Badkubəyi kimi qəhrəman şəxsiyyətlərin yolunu davam etdirərək Quran və Məhəmməd(s) şəriətinin müdafiəsi uğrunda bütün işkəncə və əzab-əziyyətlərə qatlanaraq başsiz ağalarına aşiq olduqlarını tarixin qızıl fonduna daxil edir və bütün dözülməz təzyiqlərə baxmayaraq heyhatün minnəz-zillə deyə bağırırlar.

Allahın salamı bu cür Allah adamlarına, izzət, qeyrət, qəhrəmanlıq, qoçaqlıq göstərən, insanlıq və azadlıq deyə bağıran adamlara olsun.

Hacı Möhsüm Səmədov və Abgül Süleymanov və digər onlarla mübariz müsəlmanların ən ibtidai qanuni və hüquqi haqlarından, o cümlədən ailə ilə görüşmək, müalicə olmaq, yaxınları ilə əlaqə yaratmaq hüququndan məhrum edilmələri, eləcə də təcrid kameralarında dustaq olmaları azadxah insanların ürəyini ağrıdır, sinələri müqəddəs nifrətlə doldurur. Yığıncağımız dünya azərbaycanlılarını bu cür qeyrətli övladlarına görə təbrik etməklə yanaşı şəriət dustaqlarına öz borcunu ödəyərək diqqətə çatdırır ki,:

Azərbaycan respublikası ədliyyə aparatının hicab dustaqları ilə qeyri- qanuni və qeyri – insani davranışı insane hwququ bəyannaməsinə, beynəlxalq konvasiyaların məzmununa və Azərbaycan respublikası konstitusiyasının XXV maddəsinə ziddir.

Hamı bilir ki, bu işkəncələrin, əzab-əziyyətlərin əsas səbəbi hakimiyyət dairələrinin narahatlığından irəli gəlir.  Onlar bu məzlumların pəşiman olmadıqlarından, əfvnaməni imzalamadıqlarından, sarsılmaz dağ kimi dayandıqlarından son dərəcə narahatdırlar. Onlar yaxşı bilirlər ki, bu Allah adamlarının qətiyyəti və müqaviməti Azərbaycan tarixinə qızıl varaq kimi keçəcək və Azərbaycan xalqı həmişə belə oğullara fəxr edəcəkdir.

Şübhə yoxdur ki, bu məzlumlar dünya azadxahların xatirəsində qalacaq, Ərdəbilin möhtərəm imamcüməsinin təbirincə desək bu şəxsiyyətlər Azərbaycan xalqının müqavimət simvoluna çevriləcəkdir. Qarşı tərəfə, işkəncəçilərə isə bədnamlıqdan, nifrətdən, zərərdən başqa bir şey qalmayacaqdır.

Nəhayət yığıncağımız insanların azadlıq və insani dəyərlərini müdafiə edərək bu cür qanundan kənar anti humanitar davranışlara etirazını bildirməklə yanaşı Azərbaycan dövlətindən istəyir ki, Azərbaycan həbsxanalarında insan hüququnun pozulması hallarına son qoymaq və dustaqları azadlığa buraxmaqla müsəlman əhalinin hakimiyyətə etimadını gücləndirsin.

Şəriət dustaqlarının və əziz qarabağımızın azadlığı ümidilə.

Dünaya müsəlman azərbaycanlıları hüququnun müdafiəsi yığıncağı

 

Ərdəbil məhdi-təşəyyö təşkilatına istinadən dünya müsəlman azərbaycanlılarının hüquqlarını müdafiə təşkilatının Azərbaycan respublikası islam partiyasının dustaq rəhbərinin insani və qanuni hüquqlarının pozulması ilə əlaqədar bəyaniyyəsini veririk:
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap