header

 “Hamını vicdan məhbuslarının azadlığı naminə aksiyalarda fəal iştirak etməyə çağırırıq”

AİP sədri Hacı Mövsüm Səmədovun oktyabrın 9-da qapalı məhkəmədən birbaşa “karserə” salınması ilə bağlı partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vüqar İbayevden münasibət öyrənib.

 Baş verənlərə kəskin reaksiya verən AİP funksioneri bu təzyiqlər qarşısında susmayacaqlarını dilə gətirib:

 -Hacı Mövsümə qarşı son dövrlər müşahidə edilən qərəzli münasibət, 11 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı həbsxanaya köçürülməsi və orada “karsa” salınması,  iki il müddətinə, gülünc ittihamlarla, Qobustandakı qapalı həbsxanaya göndərilməsi barədə məhkəmənin çıxardığı ədalətsiz hökm partiyanın bütün üzvlərini ciddi narahat edir. Baş verən son olaylar onların kəskin etirazlarına səbəb olub. İctimaiyyət, ölkənin inanclı təbəqəsi bu haqsızlıqlara qarşı çıxır. Bu etirazların nəticəsi olaraq biz qəti addımlar atmağa, qanun çərçivəsində kütləvi aksiyaların davamlı keçirilməsinə qərar vermişik. Bunun üçün hazırda partiyada hazırlıq işləri görülür. Bu işlər başa çatan kimi şəhər icra hakimiyyətinə mitinq keçirmək üçün müraciət olunacaq. Davamlı kütləvi aksiyalara start veriləcək.

 Aksiyalarla əlaqədar partiyaya çoxlu sayda müraciətlər olunur, etiqadından asılı olmayaraq, ictimaiyyət nümayəndələri öz narazılıqlarını bildirirlər. İslam partiyasının bu istiqamətdə atacağı bütün addımları dəstəkləyəcəklərini bildiriblər. Bu məqamı nəzərə alıb, biz bütün ölkə ictimaiyyətini Mövsüm Səmədov və digər vicdan məhbuslarının azadlığı üçün aksiyalarda fəal iştirak etməyə çağırırıq.

 

Hakimiyyətin bu cür qərəzli münasibəti yolverilməzdir. Biz onlardan bu təzyiqlərə son verilməsini qətiyyətlə tələb edirik.

 

İlahə

AİP sədri Hacı Mövsüm Səmədovun oktyabrın 9-da qapalı məhkəmədən birbaşa “karserə” salınması ilə bağlı partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vüqar İbayevden münasibət öyrənib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap