“Deutsche Welle”: “Qafqaz cihadçıları Azərbaycan meşələrinə çəkilir”
Posted on : Təhlil 10/16/2017 12:59:32 PM
, Almaniyanın “Deutsche Welle” Suriya cihadının Qafqaza təsirini şərh edib.
Almaniyanın “Deutsche Welle” Suriya cihadının Qafqaza təsirini şərh edib.
Nəşr yazır ki, oktyabrın 6-da Dağıstanın Kirovaul kəndində xüsusi
əməliyyat keçirilib. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə,
əməliyyat nəticəsində öldürülmüş Alidibir Aslundinov Suriyadan qayıdan
mücahidlərdən biri olub.
Bu, ilk təcrübədir ki, cihadçılar “Suriya təcrübəsini” öz vətənində
tətbiq etdilər. Bu hadisələrin təkrarlanacağı istisna edilmir.
“Memorial” Hüquq Müdafiəsi Mərkəzinin eksperti Aleksandr Çerkasov
bildirir ki, son iki ildə Şimali Qafqazda qeyri-qanuni silahlı
qruplaşmaların fəaliyyəti zəifləyib.
Müstəqil ekspert Murad Qukemuxov isə hesab edir ki, Qafqazda “İslam
dövləti”nin yaradılmasına söykənən “Qafqaz əmirliyi” ideologiyası son
dövrlər xeyli dərəcədə zəifləyib. Onun fikrincə, buna səbəb etnik
qruplar arasındakı qarşıdurmadır.
“Bundan başqa, artıq bu qruplaşmalara tərəfdar axını zəifləyib. Bu,
Qafqaz əhalisinin cihad ideologiyasına münasibətlərinin dəyişməsindən
qaynaqlanır. Bir neçə il öncəyə qədər polis Qafqaz cihadçılarına
barmaqarası baxırdı. İndi isə vəziyyət dəyişib. Amma bu qruplaşmaların
və cihada söykənən ideologiyanın cəmiyyətə təsir etmədiyi demək deyil”, -
deyə ekspert vurğulayıb.
“Qaynaq nöqtələr” proqramının koordinatoru Oleq Orlov isə bildirib
ki, Qafqazda cihad etmək istəyənlərin ömrü 2-3 ay çəkir: “Onlar cihad
qruplaşmalarına qoşulur və əməliyyatlara gedirlər. Bir neçə aydan sonra
onlar öldürülür və bu, zaman-zaman belə təkrarlanır. Xüsusən gənclər
buna qoşulur, amma mütəmadi yenilənmələr belə qruplaşamları güc
mənbəyindən məhrum edir”.
Ekspert qeyd edib ki, bu qruplaşmaların üzvlərindən kim polisə könüllü sürətdə təmsil olursa, o bağışlanır və beləliklə, cihad qruplaşmaları zəifləyir.
Nəşr qeyd edir ki, məhz Qafqazda “cihadı” boğmaq burdakı cihadçıların Suriyaya üz tutmasına səbəb oldu.
Oleq Orlov bildirib ki, Qafqaz cihadçıları Suriyaya Azərbaycan və Türkiyə vasitəsilə gedir.
“Onlar Azərbaycana keçir, ordan müxtəlif adlar altında Türkiyəyə
gedirlər. Türkiyəyə gedə bilənlər rahat şəkildə Suriyaya keçə bilirlər.
Misal üçün bir neçə ay öncə Moskvada Timur Akiyev Türkiyədən
valideyinlərinə “Mən Türkiyədəyəm, narahat olmayın” deyə mesaj göndərib.
Üstündən bir ay keçəndən sonra onun Suriyada insanları “cihada
səsləyən” videosu yayıldı. Lakin Azərbaycana keçən cihadçılar bəzən
Türkiyəyə gedə bilmirlər və belə olanda onlar Azərbaycanın Şimal
rayonlarındakı meşələrlə çəkilir, cihad işini orda aparırlar. Hələ ki,
ciddi bir proses baş verməsə də, onların Azərbaycanla Dağıstan
sərhədində qruplaşdığı haqqında informasiyalar var”, -deyə ekspert
vurğulayıb.
Nikolay Silayev Qafqaz döyüşçülərinin Suriyaya üz tutmasını belə izah
edir: “Yaxın Şərqdə vuruşmaq daha əlverişlidir. Onlar üçün islam
dünyasından kənarda, daha soyuq, terrorizmlə sərt mübarizənin getdiyi
Qafqazda cihad etmək əlverişli deyil.
“Karnegi” mərkəzinin eksperti Aleksey Malaşenko qeyd edib ki,
Həştərxanda və Volqoqradda cihadçıların toplaşdıqları mərkəzlər var.
Ekspertin sözlərinə görə, onlar burda “kalaşnikov” silahını asanlıqla
əldə edirlər: “Onlar çox vaxt kiçik qruplar şəkilində fəaliyyət
göstərirlər”.
“Deutsche Welle” qeyd edir ki, bu döyüşçülərin geri qayıdışı təhlükəsi var, hansı ki, belə təcrübələr yaşanıb. Onların geri qayıdışı təhlükə potensialını artırır. Bu gün Şimali Qafqaz və Azərbaycan “İslam dövləti”nin döyüşçü “verən” əsas mərkəzlərindəndir. Buna görə də opnların geri qayıtması bu ərazilər üçün cihad təhlükəsini aktuallaşdırır.