Azərbaycanda həbs edilən “İŞİD” üzvü: “Ayda 150 dollar alırdıq”
Posted on : qafqaz 10/16/2017 12:59:32 PM
“Maşınla yemək daşıyırdım”
E. Behbudov orada saxlanılan başqa 3 nəfərlə görüşdüklərini də bildirib: “Cəfərova Nərgiz Zeynal qızı ilə görüşdük. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilib. Hər hansı şikayəti yoxdur və özünü təqsirli bilir. Daha sonra 1990-cı il təvəllüdlü Qurbanlı Elşən Əbülfət oğlu ilə görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. Sentyabr ayında Bakıda, hava limanında həbs olunub. May-sentyabr aylarında Suriyada “İŞİD” qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib. Bildirir ki, pula görə oraya gedib və peşmandır. Orada saxlanılan Mustafayev Elxan İsa oğlu ilə də görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. Azərbaycana keçərkən Qazaxda həbs edilib. Bir ilə yaxın Suriyada döyüşlərdə iştirak edib, “İŞİD”in üzvü olub. Əməlindən peşman olduğunu bildirdi. Qeyd etdi ki, orada bir ayına 150 dollar pul veriblər və işi maşınla yemək daşımaqdan ibarət olub. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı”.