"Şiə və sünnilər bir-birilərini təhqir etməklə düşmənə kömək edirlər"
Posted on : iran 10/16/2017 12:59:32 PM
Şiələr və sünnilər bir-biriləri üçün müqəddəs olanları təhqir etməklə düşmənlərinə yardım edirlər.
SalamNews-un “khamenei.ir”ə istinadla verdiyi xəbərə görə, bunu İran İslam İnqilabının ali lideri Ayətullah Seyyid Əli Xamenei müsəlmanların Qədir-Xum bayramı (həzrəti Əlinin (ə) canişinliyə seçildiyi gün - red.) münasibətilə etdiyi çıxışda bildirib.
O, Tehranda yerli ictimaiyyət nümayəndələrini qəbul edərkən bu bayramın mahiyyətindən danışıb və müsəlmanları təfriqə və fitnələr qarşısında ayıq olmağa çağırıb: “Qədir-Xum şiələr üçün elmi dairələrdə araşdırılan ən möhkəm və məntiqli bir arqumentdir. Lakin bu məsələ müsəlmanların vahid istiqamətdə hərəkət etməsinə və onların qardaşlığına təsir etməməlidir. Müsəlmanlar bir-birini təhqir etməklə düşmənə yardım edirlər.