header

 Azərbaycanda ərzaq məhsullarının qiyməti bahalaşıb

Bu ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsinə istinadən məlumat verib. Məlumata görə ərzaq məhsullarından fərqli olaraq  qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb.

Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, narın, üzümün, şabalıdın, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, düyünün, makaronun, mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, limonun, portağalın, bananın, şaftalının, gavalının, qarpızın, yemişin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, kartofun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

Bu ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap