Oqtay Gülalıyev sabahkı mitinqdən danışdı
Posted on :
qafqaz
10/16/2017 12:59:32 PM
“Mitinqə həm daxildən, həm də xaricdən dəstək hiss olunur”
Milli Şuranın mətbuat xidmətinin rəhbəri, tanınmış ictimai-siyasi xadim
Oqtay Gülalıyev "Moderator.az"a açıqlamasında sabah keçiriləcək
mitinqlə bağlı gözləntilərini dilə gətirib: “Cəmiyyətdə
müəyən bir süstlük var. Ölkədə kifayət qədər narazılığın olmasına
baxmayaraq, bu narazılığı ifadə forması ilə bağlı müəyyən fikir
müxtəliflikləri mövcuddur. Lakin buna baxmayaraq bu aksiyaya kifayət
qədər diqqətin olacağının qənaətindəyik. Ölkədə hüquqsuzluq, siyasi
məhbus problemi var. Həbs edilən insanların dost və qohumları, əqidə
yoldaşları var. Yəqin ki, onlar sabahkı mitinqdə öz mövqelərini ortaya
qoyacaqlar. Azərbaycan elə bir ölkədir ki, burada kimsənin həbs
edilməyəcəyi ilə bağlı zəmanəti yoxdur. Mitinqə gəlincə, həm ölkə
daxilində, həm də ölkə xaricində mitinqə dəstək hiss olunur. Hesab
edirəm ki, mitinq kifayət qədər normal keçəcək”.