header

 İraqın Amurli Azərilərinin şəhərin “vəhhabilərdən” azad olduğu gündən sonra İmam Hüseynə (ə) keçirtdikləri ilk təziyələri - Foto

Azad olmuş Amurli şəhərində keçirilən ilk İmam Hüseyn (ə) təziyəsində İraqın məşhur Məddahı Hac Nəzzar iştirak edib.

İraqın Səlahud Din əyalətində, Azərilərin kompakt yaşadıqları Amurli şəhər sakinləri, 80 gün Allahsız “sələfi” ünsürlərinin mühasirəsində qaldıqdan sonra, İraq Milli Ordusu və Könüllü Dəstələrin iştirakı ilə, vəhşi “təkfirçilərin” caynaqlarından azad olduğu gündən bu günə kimi ilk dəfə olaraq İmam Hüseynə (əleyhi səlam) matəm mərasimi saxlayıblar.

Həzrəti Əbülfəzlil Əbbasın (əleyhi səlam) müqəddəs hərəminin təşkilatçılığı ilə, Amurli şəhərində keçirilən təziyyə mərasimində, şəhər əhalisi, həzrəti Əbbasın (əleyhi səlam) hərəminin əzadarlıq heyəti, məşhur Əhli Beyt (əleyhim səlam) məddahı Hac Nəzzar Qətri və xətib Höccətül İslam Seyyid Əbbas Tuveyrcavi iştirak ediblər.

Həzrəti Əbülfəzlil Əbbasın (əleyhi səlam) müqəddəs hərəmi, Amurli şəhər sakinlərinin şəhəri idarə etməkdə və həmçinin şəhərin təhlükəsizliyini təmin etməkdə tam müstəqil səviyyəyə çatmaq məqsədi ilə, özəl heyət də göndərib.

Bildirək ki, Amurli şəhərini döyüş halətindən çıxarıb, şəhəri abadlaşdırmaq işləri və həmçinin Hərbi Briqadaları tənzimləmək məsələləri həzrəti Əbülfəzlil Əbbasın (əleyhi səlam) hərəminin öhdəsnədir.

 

Azad olmuş Amurli şəhərində keçirilən ilk İmam Hüseyn (ə) təziyəsində İraqın məşhur Məddahı Hac Nəzzar iştirak edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap